148
ayinlərinin cəlbediciliyin artmasına səbəb oldu. Bu
zaman Lao-tzenin şəxsiyyəti
Buddanın şəxsiyyəti ilə qarşı-qarşıya qoyuldu; buddistlər Buddanın ilahi məqamına
inandıqları kimi, taoistlər də Lao-tzenin ilahi məqamı olduğuna inandılar. Onun üçün
büstlər yaratdılar, yazı və məktublarını mürsəl səhifələr kimi qələmə verdilər, adına
çoxlu mə'bədlər tikdilər. Tao rahibləri və mürtazları o mə'bədlərdə Lao-tzenin
büstlərinə pərəstiş etməyə başladılar. Bütün bunlar camaatın yeni və
yad din olan
buddizmə yönəlməsinə mane olmaq və öz ata-babalarının dinindən əl çəkməmələri
üçün edilirdi. Beləliklə, taoizm Çinin rəsmi və milli dini oldu, imperatorlar da bu
sahədə müəyyən tədbirlər görüb göstərişlər verdilər. O cümlədən, Han sülaləsindən
olan imperator Həvan II əsrdə ilk dəfə olaraq və rəsmi şəkildə Lao-tzenin adına
mə'bəd tikdirərək onun büstü önünə hədiyyələr təqdim etdi. Bu da taoizm ayinində
dini rəftar və sitayişin başlanğıcı oldu.
Ondan sonra digər ideoloji əsaslar, o cümlədən mahayana firqəsində mövcud olan
cənnət və cəhənnəm əqidəsi Tao e'tiqadlarına əlavə edildi. Bəlkə də onlar hinduizmin
üç mə'bud, yaxud xristianlığın üç ruhuna təqlid edərək üçlük mə'budlar yaratdılar.
Bu mə'budlar aşağıdakılardır:
Dostları ilə paylaş: