SeyiD ƏHMƏd mahmudi /j


Ən yüksək məqam sahibi olan imperator Zəbərcədin;  2



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə111/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   107   108   109   110   111   112   113   114   ...   200
Dinlərlə tanışlıq

1. Ən yüksək məqam sahibi olan imperator Zəbərcədin; 
2. İmperatorun yanında məqam sahibi olan Lao-tze; 
3. Ruhani varlıq və səmavi ruhların başçısı olan Linqpao. 
Bu üç mə'bud “üç pak gövhər” adı ilə də məşhurdur. 
Bu minvalla hər bir dövrdə tao rahibləri bu dində mə'budların və müqəddəs ruhların 
sayını artırmışlar. Belə ki, hal-hazırda onların sayı-hesabı yoxdur. 
Onların e'tiqad bəslədikləri mə'budlardan bə'ziləri aşağıdakılardır: 
Ailə ocağının mə'budu, darvazanı mühafizə edən 12 mə'bud, şəhər mə'budu və s. 
Çində kommunist hakimiyyətindən sonra aradan götürüləcəyi güman edilən taoizm 
ayininin fəaliyyətdə olan çoxsaylı mə'bədləri vardır və Çində onun 50 milyon nəfərə 
yaxın ardıcılı vardır. 
SUALLAR 
1. Taoizmin ən mühim əxlaqi prinsipi nədir? 
2. Taoizm ayininin əxlaqi tövsiyələrində ziddiyyət müşahidə olunurmu? 
3. 
Taoizmdə sehrkarlığı yaratmaqda məqsəd nə olmuşdur? 
4. Taoizm müstəqil bir din kimi necə formalaşmışdır? 


149 
İYİRMİ YEDDİNCİ DƏRS 
KONFUSİON AYİNİ 
KÖKLƏRİ 
İyirmi beşinci dərsin başlanğıcında qeyd etdiyimiz kimi, buddizm, konfusion və 
taoizm Çin əhalisinin ən mühüm və geniş yayılmış dini inanclarından hesab olunur. 
Bu üç din arasında konfusion digər iki dinlə müqayisədə daha çox nüfuz qazana 
bilmişdir. Bu din Maonun kommunist hökumətindən əvvəlki vaxtlara qədər Çinin 
hakim dini hesab olunurdu və onun vəfatından sonra da öz nüfuzunu və geniş arealını 
qoruyub saxlaya bilmişdir. Bu ayinin buddizm qarşısında üstünlüyünün səbəbi 
buddizmin Hindistandan Çinə nüfuz etdiyi halda Konfusionun yerli və milli din 
sayılmasındadır. Konfusionun taoizmə bu ayinin tərkidünyalıq və asketik həyat 
tərzinə meyilli olan taoizmdən fərqli olaraq insanlara və cəmiyyətə müsbət 
yanaşmasına görə qələbə çalıb üstünlük əldə etmişdir. Bu ayində hər bir şəxs öz 
cəmiyyətini puçluq və fəsad girdabında görməsinə baxmayaraq, nəinki onu tərk 
etmir, hətta islah etmək üçün hərəkətə keçir və insanlara yol göstərir. Konfusion əsas 
e'tibarı ilə ictimai islahatlara çalışır. Onu əvəz edə biləcək ideoloji və əxlaqi prinsip 
irəli sürmür; əksinə insanların ən'ənəvi e'tiqadı üzərində dayanır. Bu amil 
konfusionun taoizm qarşısında üstünlük qazanmasının əsas səbəbi olmuşdur. 
Konfusion tə'limləri Çin cəmiyyəti və insanlarının mədəniyyət, inanc və qanuni 
prinsiplərinin əsas mahiyyətinin inanclarını təşkil edir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin