SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə112/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   108   109   110   111   112   113   114   115   ...   200
Dinlərlə tanışlıq

KONFUSİON BARƏSİNDƏ 
Əsl adı Konq-çiyu olan Konfusion miladdan əvvəl 551-ci ildə Lo (hazırkı Şantung) 
əyalətində dünyaya gəlmişdir. Üç yaşında atasını itirdiyindən anasına kömək etmək 
üçün uşaq çağlarından işləməyə məcbur olur. O, təhsildən də uzaqlaşmamış və böyük 
müvəffəqiyyətlər əldə etmişdir. 22 yaşında müəllimlik sənətini seçmiş, öz evini 
məktəbə çevirmiş və orada şagird hazırlamağa başlamışdır. Bu məktəb get-gedə 
genişlənmiş və Konfusion üç min şagird hazırlaya bilmişdir. Şagirdləri onu Konq-
fotze (yə'ni müəllim Konq) adlandırırdılar. Həmin dövrlərdə Konfusion Lo 
əyalətində məhkəmə sədri tə'yin olunur və vergi yığımı ona tapşırılır. Gözəl 
idarəçiliyinə, sədaqətinə və düz işlədiyinə görə hər dəfə vəzifədə yüksəlmiş, nəticədə 
Lo hökumətində vəzir tə'yin olunmuş, sonra baş vəzir olmuşdur. Gözəl rəhbərliyi və 
bacarığı rəqiblərinin paxıllığına səbəb olduğundan, onu öz vəzifəsindən istefa 
verməyə məcbur etmişdilər. 
Bir müddətdən sonra öz görkəmli şagirdlərindən bir neçəsi ilə rəsmi iş axtarmaq 
üçün Lo əyalətindən çıxır və 13 il Çinin digər şəhər və əyalətlərinə səfər edir.


150 
Amma hər yerdə ona mənfi cavab verilirdi. Qəbul edilməməsinin səbəbi onun qəbul 
etdiyi və əxlaqi me'yarlara riayətə əsaslanan idarəçilik və hakimiyyət prinsipinin 
hökmranların xoşuna gəlməməsi idi. Hətta Kuvanq şəhərində şübhəli bilinərək bir 
müddət həbsdə saxlanılır. Nəhayət miladdan əvvəl 484-cü ildə Lo hökumətində 
böyük rütbə sahibi olan şagirdi hörmətlə ondan doğma vətəninə qayıtmasını istəyir. 
Bu zaman Konfusion 60 yaşına çatmışdı. Buna görə də hər bir vəzifə və mənsəbdən 
imtina edir və ömrünün miladdan əvvəl 479-cu ilə qədər qalan hissəsini öz 
fəlsəfəsinin əxlaq və ideoloji əsaslarını toplayıb kitab halına salır. 
KONFUSİON AYİNİNİN ƏSAS MƏNBƏLƏRİ 
Konfusionun ömrünün axırlarında yazıb topladığı başlıca əsərləri beş kitabdan 
ibarətdir və onlar bu ayinin əsas mənbələrindən hesab olunur. Bu beş kitab 
aşağıdakılardır: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin