SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə113/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   109   110   111   112   113   114   115   116   ...   200
Dinlərlə tanışlıq

1. Şuçinq (tarix kitabı); Bu kitab qədim Çinin sülalələri haqda mə'lumatları əhatə 
edir. Konfusion bu mə'lumatlarda hakimiyyətdə olmuş sülalərinin yaranma və süqut 
etmə səbəblərini öz şagirdlərinə izah, onları bu sahədəki həqiqətlərdən hali etmişdir. 
Bu kitab Çinin, miladdan əvvəl 24-cü əsrdən 8-ci əsrə qədər davam edən hakimiyyət 
sülalələrinin sənədlərinə şamil edilir. Hal-hazırda bu sənədlərdən yalnız 28-i 
qalmışdır. 
2. Şiçinq (şe'r kitabı); Konfusion bu kitabda həmin dövrdə camaat arasında 
yayılan üç min şe'rdən 305-ni seçərək onları öz tə'limlərinin əsasına çevirmişdir. 
Onun tə'limlərinin çoxunda bu şe'rlərdən istifadə olunmuşdur. Konfusion bu şe'rləri 
4 qrupa bölüb təsnif etmişdir: 
A. Qadınla kişinin əlaqələri barəsində olan şe'rlər; 
B. Xalq bayramları ilə əlaqədar nəğmələr; 
C. Dövlət bayramları üçün nəğmələr; 
D. Qurbanlıq mərasimləri və mə'bədlərdəki dini ayinlərin icrası zamanı oxunan 
dini nəğmələr. 
3. Liçi (ayinlər, yaxud şe'rlər kitabı); Bu kitab qədim Çin imperator sülalələrinin 
və əhalisinin ictimai rəftar və davranışlarını bəyan edir. 
4. İçing (dəyişikliklər kitabı); Bu kitabın mühtəvasını xəyali fəlsəfi dəstgahlar 
təşkil edir. Bə'zi din tədqiqatçıları onu falçılıq və qeybdən xəbər vermə sistemi 
adlandırmışlar. Bu sistem üç ədəd səkkizlik xətt üzərində qurulub. Bu üç xəttin hər 
biri də bir bütöv, düz xəttdən və bir də qırıq-qırıq xəttdən ibarət olmaqla bu iki 
xəttdən biri təkrarlanır. Bu xəyali-ideoloji sistemdə düz xətt yanq (erkək qüvvəsi), 
qırıq-qırıq xətt yinin (dişi qüvvəsinin) göstəricisidir. Həmin iki qüvvə bütün təbiət 
aləmini yaratmışdır və təbiətin bütün simvolları iki-iki, yaxud yanq və yinə aid edilir. 
Göylər və yerlər, ay və ulduz, işıqlıq və qaranlıq, həyat və ölüm kimi təzahürlər də 
belələrindəndir. 


151 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin