152
ki, cəmiyyətdə belə fikirlərin yayılması cəmiyyətdə durğunluğa və tənəzzülün
başlanmasına səbəb olacaq.
Bu təfəkkürün əksi cəmiyyətdəki fəsadın səbəb və amillərini bə'zi
əxlaq
normalarından uzaq düşməkdə görən Konfusion ideologiyasıdır. O da cəmiyyətin
islahı üçün bu prinsip və me'yarların hakim olması şərtini irəli sürərək həmin
prinsipləri şərh edir. Konfusion insan cəmiyyəti və sivilizasiyasının əsaslı prinsipial
olaraq Tao və təbiət müqabilində formalaşdığına, insanın tarix boyunca göstərmiş
olduğu bütün fəaliyyətinin Taonun iradəsinə zidd olmasına inanmırdı.
Buna görə də
onun nəzərində insanların yaxşı əməl və rəftarları dəyərli, eyni zamanda varlıq nizam
qamusu ilə uyğun sayılır. Ancaq, Konfusion əxlaq me'yarlarına zidd, səhv olan əməl
və rəftarlar üçün islahedici mexanizmlərin işlənməsini təklif edir. O, həmin
mexanizmləri açıqlamağa çalışmışdır. Konfusionun inancına görə Li termini sağlam
cəmiyyəti formalaşdıran mexanizm və qanunlarından ibarətdir. Cəmiyyətin
idarəçiliyi, təkamülü də Li qanununun hakim olması ilə şərtlənir və yalnız bu halda
cəmiyyət Taonun istəyi əsasında hərəkət edəcəkdir.
Buna əsasən cəmiyyətdə Tao
iradəsinin gerçəkləşməsi Li qanunlarının icrasından asılıdır. Konfusionun bu
ideologiyası insani fəaliyyət, sə'ylərə, tədbirlərə dəyər
vermək deməkdir və Lao-
tzenin inancına əksinə olaraq, onların inkar edilməsi kimi qiymətləndirilməməlidir.
Dostları ilə paylaş: