SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə115/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   111   112   113   114   115   116   117   118   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Konfusionun Budda və Tao ayinlərindən üstünlüyünün səbəbi nə olmuşdur? 
2. Konfusion kimdir? 
3. Taoizm və Konfusion ayininin Çin cəmiyyətindəki fəsad məsələsinə 
baxışlarındakı fərqlər nədən ibarətdir? 
Konfusion ayininin mövzularına diqqət yetirməklə onun əsas kitablarının adını 
çəkin. 


153 
İYİRMİ SƏKKİZİNCİ DƏRS 
KONFUSİON AYİNİ (2) 
ƏSAS VƏ E'TİQADLARI 
Keçən dərsdə qeyd olunduğu kimi, Konfusion cəmiyyətin islah olunması üzərində 
xüsusi dayanmış və bu məqsədlə bir sıra əxlaqi tə'limatlar vermişdir. Bununla belə, 
o bir məktəbi digərlərindən fərqləndirən digər ideoloji əsaslar barədə yeni bir 
nəzəriyyə təqdim etməmişdir. Konfusionun özü yeni bir ideoloji cərəyan 
yaratmadığını, Çinin qədim və ən'ənəvi e'tiqad prinsiplərini qəbul etdiyini e'tiraf 
edərək deyir: “ - Mənim işim ixtiraçılıq və təşəbbüskarlıq deyil, bir yerə 
toplamaqdır”, “ - Mən bir ixtiraçı deyil, mətləbləri nəql edənəm.” O, hətta öz 
ayininin ən ümdə əxlaqi tə'limlərinin bir qismini də şəxsi təşəbbüs və ixtirası hesab 
etmir, onlara əvvəlkilərin rəftarları kimi baxırdı. 
Hər halda əxlaqi prinsipləri Konfusionun əsaslarının ən mühüm hissəsi sayılır. 
Əhəmiyyət və bu ayinin belə tə'limatlar üzərində qurulması baxımdan onları digər 
prinsip və əsaslardan öncə şərh etməyi lazım bilirik. 
KONFUSİON ƏXLAQI 
Konfusionun əxlaqi tə'limlərinin üç əsas prinsipı aşağıdakılardır: 
Li qanunu, Şu qanunu, Çun-tzo, yaxud kamil insan qanunu. 
1. Li; Konfusionun Çin cəmiyyətini islah etmək naminə bir qanun və norma olaraq 
yaratdığı bu söz müxtəlif mə'nalarda işlənmişdir. Bu mə'nalardan “paklıq və təharət, 
ədəb və insaniyyət, qayda-qanunlar, ibadət və əməllər, ictimai fəaliyyət və rəftar 
nümunəsi”- ni qeyd etmək olar. Li əslində sağlam cəmiyyəti formalaşdıran qanun və 
prinsiplərə şamil edilir. Cəmiyyətin idarə olunması və təkamülü də bu prinsip və 
qanunların əsasında baş tutur. Bu prinsiplər ailə, cəmiyyət və hökumətin islah 
olunmasında əsas rola malikdir. Konfusion inanırdı ki, bu qayda-qanunlara riayət 
olunarsa bütün ictimai ixtilaflar aradan götürülər, cəmiyyət maddi-mə'nəvi təkamül 
yoluna qədəm qoyaraq, fəsad və əxlaqsızlıqdan xilas olar. 
Konfusionun Li qanunun tə'limləri ilə əlaqədar üç məsələni araşdırırıq. 
Birinci, Li qanununun işlərin nizamlanması və insanlar arasında mehriban 
münasibətlərə xidmət edən beş əsas prinsipi vardır: övladın ataya, kiçik qardaşın 
böyük qardaşa, qadının ərinə, fəhlənin sahibkara və rəiyyətin hakimə itaət etməsi. 
Konfusion inanırdı ki, bu beş prinsipə riayət olunarsa ata, böyük qardaş, ər, sahibkar 
və hakim də öz vəzifələrinə əməl edəcək, bununla da cəmiyyət sağlam və xoşbəxt 
olacaq. O deyir: “ - Hər bir ata öz ailə üzvlərinə asayiş və səadət yaratmaq işində 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin