SeyiD ƏHMƏd mahmudi /j


tam məs'uliyyət daşıyır. O, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə116/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   112   113   114   115   116   117   118   119   ...   200
Dinlərlə tanışlıq

tam məs'uliyyət daşıyır. O, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar 
üçün nümunə olmalıdır.” Atanın bu vəzifəyə əməl


154 
edə bilməsi üçün övladın da öhdəsinə müəyyən vəzifələr düşür: “ - Ata sağ olduğu 
müddətdə onun istəyinə uyğun əməl etməli, dünyadan gedəndən sonra onun rəftar 
və əməllərini nəzərə almalıdır. Mümkün qədər onu təqvalı və düzgün əməl sahibi 
bilməlidir.” Övlad valideynə itaət etməkdən əlavə, onlara ehtiram və qayğı 
göstərməli, incimələrinə, narahatlıqlarına səbəb olmamalıdır. Bu barədə deyilir: “ - 
Yaxşı övlad o deyil ki, imkanı olan təqdirdə öz gücsüz ata-anasına yemək çatdırsın. 
Çünki bə'zi heyvanlar da bu işi görürlər. Yaxşı övlad o kəsdir ki, öz valideyninə 
ehtiram göstərsin”; “ - Yaxşı övlad o kəsdir ki, qeyri-iradi qarşıya çıxan xəstəliklər 
istisna olmaqla, heç bir vəchlə öz ata-anasının inciməsinə səbəb olmasın.” 
Konfusion rəiyyət-hakimin, fəhlə-sahibkar əlaqəsi barədə belə deyir: “ - Əgər 
rəiyyət dövlət başçılarının fərmanına itaətsizlik etməsə, dövlət adamları onun 
işlərində ədalətdən kənara çıxmayacaqlar. Fəhlələr sahibkarlara itaət etsələr, məhz 
bu zaman sahibkarlar adları sahibkar olsa da fəhlələrin tə'siri altına düşəcəklər (yə'ni 
fəhlələrin bütün istəklərinə müsbət cavab verəcəklər). Belə olan halda cəmiyyətdə 
heç bir təzad, müharibə, zülmə yer olmayacaq və insanlar bir-birini sevəcəklər. 
Beləliklə də cəmiyyət rifah və asayişdə yaşayaraq, maddi-mə'nəvi kamilləşmə 
yoluna qədəm qoyacaq.” 
Buna görə də, ümumiləşdirmə aparsaq Konfusion övlad atasına itaət etsə, atanın 
da yaxşı tərbiyəçi olacağına, kiçik qardaş müti olsa, böyük qardaşın onu himayəsinə 
alacağına, qadın itaətkar olsa ərinin ona vəfalı qalacağına, rəiyyət itaət edərsə, 
hakimin rəiyyətin qayğısına qalacaq, fəhlə sahibkara itaət edərsə, sahibkar onun 
ehtiyaclarını tə'min edəcəyinə və beləliklə, bir-biri ilə sülh və səmimiyyət şəraitində 
yaşayacağına inanmışdır. 
İkincisi: Konfusionun tövsiyələrinə əsasən Li qanunu ev, şəhər və kəndlərdə, 
nəhayət bütün ölkədə icra olunarsa, mö'tədillik və uyğunlaşma nəticə e'tibarı ilə 
insanla varlıq aləmi, yə'ni yerlə göy arasında gözəl əlaqə yaranacaq. Bu halda insani 
əməllər Tao yoluna uyğun - yə'ni dünyanın qüdrətli, mələkut iradəsi ilə həyata 
keçəcəkdir. Beləliklə, insanların iradəsi vasitəsilə Taonun istəyi gerçəkləşəcəkdir. 
Düzgün və Liyə müvafiq olan əməl bu iradənin həyata keçməsini mümkün edir. 
Taonun özü isə birbaşa cəmiyyətin təkamül və islahına əsaslanan istəyini (taostlərin 
inancına görə) həyata keçirməklə məşğul olmayacaqdır. 
Üçüncüsü: Konfusion nəzəriyyəsinə uyğun olaraq, Li qanunu əsasında yerinə 
yetirilən ictimai qayda və ən'ənələr qədim nəslin adət-ən'ənəsinə müvafiq olmalıdır. 
Belə ki, keçmişdəki insanlar hamının səadətini istəmiş, qarşılıqlı qayğı və ehtirama 
səbəb olan insani ruh onlarda kamil zühur etmişdir. Ata-babaların hamısı bir-biri ilə 
ədalət və ədəblə rəftar etmiş; onların münasibətlərində ciddi nizam-intizam və 
möhkəm ədalət hakim olmuşdur. Yüksək rütbəlilərlə aşağı təbəqəyə mənsub olanlar 
bir-birinin vəziyyətindən tam xəbərdar olmuşlar. Bir-birinin məqam və mövqeyini 
gözləmiş, öz aralarında hədd-hüduda riayət


155 
etmişlər. Bu barədə Konfusion belə deyir: “ - Qədimdə Li qanununa əsasən 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin