SeyiD ƏHMƏd mahmudi /j


camaata hökmranlıq edən Fuşi kimi imperatorlar olmuşlar. Onlar rəiyyətə qarşı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə117/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   113   114   115   116   117   118   119   120   ...   200
Dinlərlə tanışlıq

camaata hökmranlıq edən Fuşi kimi imperatorlar olmuşlar. Onlar rəiyyətə qarşı 
ədalətli və xeyirxah idilər, rəiyyət də onları sevir və itaət edirdi. Buna görə də ölkəni 
başdan-başa haqq-ədalət bürümüşdür. Buna əsasən ata-babalarımıza ehtiram 
qoymalı, onların adət-ən'ənələrinə pərəstiş etməliyik.” Həmin səbəbdən, Konfusion 
şəxsən özü dini qayda-qanunlarda yeni bir şey ixtira etməməklə yanaşı, ata-babaların 
ən'ənəvi qayda-qanunlarına riayət və pərəstiş məsələsində sədaqətini göstərmişdir. 
O, çoxlu mə'budlara sitayiş, ruhlara pərəstiş, imperatora tə'zim edir, qurbanlıq 
ayinlərini, eləcə də düzgün olub-olmamasından asılı olmayaraq, keçmişdən yadigar 
qalan xurafatçı adət-ən'ənələri yerinə yetirirdi. 
2- Şu; Bu kəlmə Konfusion ayininin ikinci əxlaqi prinsipi olan bu sözün mə'nası 
“özünə rəva bilmədiyini, başqalarına da rəva bilmə”dən ibarətdir. Dinşünaslar bu 
əxlaqi prinsipi xristianlıqda mövcud olan “camaatın sizinlə necə rəftar etməsini 
istəyirsinizsə, onlarla həmin cür rəftar edin” prinsipi ilə müqayisə etmişlər. Bu 
prinsip xristianlıqda qızıl qanun adı ilə məşhur olduğu kimi, Konfusion qanununda 
da gümüş qanun kimi tanınır. Konfusion bu prinsipi taoizmin birində deyilən 
“pisliyin əvəzini yaxşılıqla ver” əxlaqi prinsipinə qarşılıq olaraq qəbul etmişdi. 
Deyilənə görə, bir gün Konfusionun “pisliyin əvəzini yaxşılıqla vermək” barədə 
fikrini soruşduqda belə cavab verir: “ - Əgər pisliyi yaxşılıqla mükafatlandırsan, 
onda yaxşılığın əvəzində nə mükafat verəcəksən? Yaxşılığa yaxşılıqla cavab 
verilməli, amma pis rəftara ədalətlə yanaşmaq lazımdır.” 
O inanırdı ki, “şu”nu ümumi bir göstəriş qismində ömür boyu həyatın bir qanunu 
kimi tətbiq etmək olar. Bu barədə deyilir ki, bir gün bir nəfər Konfusiondan soruşur: 
Dünyada elə bir hamıya aid söz və ümumi göstəriş varmı ki, onu bütün ömür boyu 
həyat qanunu seçək? O cavab verir: “ - Bəli! Qarşılıqlı əməl, yə’ni şu həmin ümumi 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin