157
İYİRMİ DOQQUZUNCU DƏRS
ŞİNTO AYİNİ
Şinto Yaponiyanın qədim ayinidir və hal-hazırda Yaponiya əhalisinin əksəriyyəti
özünü bu dinin ardıcılı hesab edir. Şinto dininin keçmişi animizm, totemizm və ata-
babalara gedib çıxır. Qədim yaponların inanclarına görə, ruhlar hər bir yerdə - istər
ulduzlarda, bitkilərdə, istərsə də ağaclarda, həşaratlarda və heyvanlarda -
mövcuddur. Onların fikrincə saysız-hesabsız mə'budlar evlərin və onların sakinləri
üzərindən uçurlar. Qədim yaponlar ölülərdən qorxurdular və onların ruhlarının
həyatda rola malik olmalarına, dünya işlərinin müqəddəratının onların əlində ol
masına inanmışlar. Buna görə də onlara sitayiş edərək öz ehtiyaclarını onlardan
diləyir və hədiyyələr verməklə özlərini onların qəzəbindən amanda saxlamağa
çalışırdılar. Ölülərin qəbirlərində qiymətli əşyaların qoyulmasının səbəbi də bu idi.
Kişi ölülərin qəbirlərinə qılınc, qadınların qəbrinə isə güzgü qoyurdular. Böyük bir
şəxsiyyət dünyadan gedəndə, onunla əlaqədar olanları da birlikdə torpağa
basdırırdılar ki, axirət səfərində onun müdafiəçisi olsunlar. Qədim yaponlar arasında
ölülərə ehtiram və onların pərəstiş olunması o dərəcədə geniş yayılmışdı ölülərin
ruhları tədricən tanrı məqamına çataraq, insanların xoşbəxtlik və bədbəxtliklərini
tə'yin edən ilahələrə çevrildilər. Bu ruhlara yaxınlaşmaq məsələsində iş o yerə çatıb
ki, onlar üçün hədiyyələr verməkdən əlavə, digər dini mərasimlər, o cümlədən ata-
babaların qəbirləri önündə dua oxumaq, qurbanlıq vermək, hətta ziyanverici
yağışların dəf edilməsi kimi bə'zi hacətlərin istənilməsi üçün insanın qurbanlıq
kəsilməsi barədə də mə'lumatlar var.
Şinto ilk əvvəldə əcdadlara sitayişdən qaynaqlanmış və üç formada olmuşdur:
ailənin əcdadına sitayiş, qəbilənin ata-babalarına sitayiş, bir qövmün mə'budlarına
və sultanlarına sitayiş. Buna görə də, ata-babaların, xüsusilə sultanların ailələrinin,
vəfat edənin ailə üzvləri, görkəmli şəxsiyyətlər, qəbilə və tayfa başçıları, milli
qəhrəmanlar və bir sözlə öz canlarını Yaponiya naminə fədakarlıqla əldən verən hər
bir şəxsin ruhuna sitayiş bu ayinin əsasını təşkil edir.
Dostları ilə paylaş: