SeyiD ƏHMƏd mahmudi /j


hökmranlıq et. Get, ne'mət və rifahın sənin sülalənlə birgə olacağına ümidvaram



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə121/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   117   118   119   120   121   122   123   124   ...   200
Dinlərlə tanışlıq

hökmranlıq et. Get, ne'mət və rifahın sənin sülalənlə birgə olacağına ümidvaram. 
Ümidvaram ki, o da (sənin hökumətin və sülalən) səma və yer kimi əbədi bərqərar 
olacaq.” Bu e'tiqada əsasən imperatora sitayiş Şintonun ən əsas dini əməllərindən 
biri hesab olunur. 
Şinto dini mətnlərində mə'budlara yalnız təvəllüd və nəsil artımı deyil, adi insanlar 
üçün təsəvvür oluna bilən bütün xüsusiyyət və simalar aid edilir. O cümlədən 
xəstəlik, qəzəb, hamama getmək, ağlamaq, paxıllıq, nalayiq sözlər danışmaq, viran 
etmək, ölüm-itim, aradan getmək və s. belə sifətlərdəndir. Nümunə olaraq, Şinto 
mənbələrində tufan mə'budu Susa-novonun dağıdıcı bir təbiətə malik olmasının, 
onun rəftarının tərbiyəsizlik həddini də aşdığının qeyd olunmasını göstərmək olar. 
O, qələbə çaldığı zaman zülm, sitəm etmiş və nəticədə sair mə'budlar tərəfindən 
cərimə olunaraq sürgün edilmişdir. 
Şinto ayini təbiətin bütün təzahürlərinin günəş, tufan, yağış, ulduz və s. ayrıca 
bir allahı olduğuna inanır. Amma əvvəldə qeyd olunduğu kimi, bu mə'budların 
158


159 
hamısı, eləcə də maddi və qeyri-maddi varlıqlar bir ata və bir ana mə'buddan, yə'ni 
izanaqi və izanamidən doğulmuşlar. Buna görə də bütün varlıqlarda ilahi təbiət 
vardır. Belə bir ideologiyanın əməli nəticəsi də bundan ibarətdir ki, hər bir yapon 
həm buddist, həm xristian bu gün Yaponiyada mövcud olan 375 firqədən hansı birinə 
tabe olsa yenə də bir Şinto hesab olunur. 
DİNİ DƏYİŞİKLİKLƏR 
6-cı miladi əsrinin əvvəllərində buddizmin mahayana firqəsi Yaponiya ərazisinə 
nüfuz etdi. Bu firqə cəhənnəm və cənnətə e'tiqad kimi bə'zi ideoloji əsaslarına malik 
olduğuna görə Yaponiya əhalisi arasında sür'ətlə yayıla bildi. Belə bir ideologiya 
Şinto ayinində nəzərə çarpmırdı. Qarşılıqlı olaraq mahayana firqəsi Şintoya məxsus 
olan e'tiqadlardan bə'zilərini müəyyən dəyişikliklərlə qəbul etdi. O cümlədən, 
ölülərin ruhlarına pərəstişi qeyd etmək olar ki, Şinto ayinində ruhlar insan həyatında 
əsas rol oynadığına görə diqqət mərkəzində saxlanıldı. Onu belə izahla qəbul etdilər 
ki, bu ruhlar həyatın yeniləşməsindən və ardıcıl doğulmalardan bir əsr əvvəl Kami 
surətində qalır və bu müddətdə diri insanların müqəddəratına tə'sir göstərir. 
Bu iki ayində digər tədrici dəyişikliklər də baş verdi və nəticədə bu iki firqə bir-
birinə daha da yaxınlaşdı. Hətta Şinto mə'budları səmavi buddaların təcəssümü kimi 
də təqdim edildi. Həmçinin Budda ayinində ruhani hesab olunan dəstə mə'nasını 
ifadə edən budda-sətvə də tədricən şintoizm ardıcılları arasında yarandı. Halbuki, 
qədim şintoizmdə belə bir titul yox idi. 
Mühüm mə qam budur ki, Şinto ayini güclü fəlsəfə və nəzəri əsaslara malik 
olmadığından get-gedə mahayana firqəsində yox olmuşdu. 
19-cu əsrdə öz hakimiyyətlərinin əsaslarını möhkəmlətmək istəyən Yaponiya 
imperatorları mahayana firqəsinin nüfuzuna dözə bilmədilər və bunun əvəzində 
Şinto ayinini gücləndirib yaymağa başladılar. Bunun da əsas səbəbi şintoizm 
əqidəsinin ən mühüm prinsipi, yə 
'ni imperatopa müqəddəslik 
verilməsi və ona pərəstiş edilməsi idi. Bu isə imperatorlar üçün gözəl dəstavüz idi 
və onlar buna görə də Şinto ayinini bir daha rəsmi dövlət dini kimi dirçəltdilər. 
Nəticədə, mahayana firqəsi sür'ətlə öz nüfuz və qüdrətini itirdi. Əlbəttə, mahayana 
firqəsinin e'tiqadi prinsiplərindən bə 'ziləri Şinto ayinində qaldı ki, onlardan ən 
mühümü kimi cənnət və cəhənnəmə e'tiqadı göstərmək olar. Bu e'tiqadın əsasını 
insanların xeyir və ya şər əməllərinə görə mükafat və cəzaya layiq görüləcəkləri 
təşkil edir. Bununla belə şintoizm öz irqinin üstünlüyünə e 'tiqad bəslədiyinə, 
yaponları digər xalqlardan daha kamil hesab etdiyinə və onları səmavi bir irq 
saydığına görə yaponlar üçün Makanoha adlı bir cənnət də nəzərdə tutmuşdur. 


160 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin