161
Şinto ardıcılları yuxarıda qeyd olunan ritualları
yerinə yetirməkdən əlavə, bə'zi
əməlləri də yerinə yetirməyə borcludurlar və bunlardan paklıq və təharətin adını
çəkmək olar. Daimi yuyunmadan və paklanmadan əlavə,
ildə iki dəfə çayda və
dənizdə böyük paklanma mərasimi yerinə yetirilir. Belə ki, əvvəlcə hədiyyələr suya
atılır və sonra hamı suya girərək özlərini yumaqla böyük günah və cinayətlərdən
təmizləyir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Şintonun mə'nası nədir?
2. Şinto ayininə görə varlıqların müqəddəratı kimin əlindədir?
3. Şinto e'tiqadlarına əsasən Yaponiya və onun əhalisi necə yaradılmışdır?
4. İmperatora sitayiş Şinto ayinində hansı əqidəyə əsaslanır?
5. Nə üçün Şinto ayini ardıcılları digər dinlərin də ardıcılı ola bilərlər?
6. Şintonun müqəddəs kitablarının adları nədir?
Şinto ayinində baş verən dəyişiklikləri bəyan edin.
Şinto dininin ən mühüm mərasiminin adını qeyd edin.