164
Muğan təlimlərinin digər bir e'tiqadı da günəşə müqəddəs bir varlıq olaraq, yüksək
məhəbbət göstərmək idi.
Hətta bu iş, həmin məqsədlə xüsusi mərasimlərin təşkil
olunmasına və onun qarşısında sitayiş edilməsinə gətirib çıxarırdı. Muğan ayininin
ardıcılları günəşə pərəstiş etdikləri zaman «Bərsum» adlı bir ibadət növünü yerinə
yetirirdilər ki, bu zaman yaşıl budaqları öz üzləri və burunları qarşısında tuturdular.
“Həzqiyal Nəbi” kitabının səkkizinci fəslinin on yeddinci
ayəsində bu mərasim
haqda danışılır; həmin mərasim sonralar zərdüştilikdə də müşahidə olunmuşdur.
Heredot yazır ki, Muğan təlimlərində sehr və cadugərliyə də e'tiqad var idi; onlar
xüsusi əməllər və müxtəlif zikrlərə malik idilər; göy cisimlərinin insanların xoşbəxt
və ya bədbəxt olmasında tə'sirli olmasına inanırdılar.
Dostları ilə paylaş: