SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə129/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   125   126   127   128   129   130   131   132   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Zərdüşt, peyğəmbərliyə harada və necə seçilib? 
2. Zərdüşt dininin genişlənməsində Viştasibin nə kimi rolu olmuşdur? 
Zərdüşt sözünün lüğətdəki mə'nasını bəyan edin. Zərdüştün ölümü haqda nə 
bilirsiniz?


170 
OTUZ İKİNCİ DƏRS 
ZƏRDÜŞTİLİYİN ƏQİDƏLƏRİ 
1. Tövhid, yoxsa ikilik? 
Zərdüştilik, və ya Məzda ayini barədə aparılan ən mühüm əqidəvi bəhs, bu dinin 
tövhid və təkallahlıq, yoxsa sənəviyyət və ya ikilik etiqadi prinsipi əsasında olmasını 
aydınlaşdırmaqdan ibarətdir. Şübhəsiz, Zərdüşt ilahi bir peyğəmbər kimi ikiliyə 
sitayişin bünövrəsini qoya bilməzdi. Çünki istisnasız olaraq, bütün ilahi 
peyğəmbərlər insanları tövhidə və yeganəpərəstliyə də'vət etmiş, hər cür şirki və 
ikiliyi qətiyyətlə rədd etmişlər. Əgər Zərdüşt dinində ikiliyə sitayiş müşahidə 
olunursa, şübhəsiz bu, Zərdüştdən sonrakı dövrlərdə həmin təlimlərin təhrifə mə'ruz 
qalması nəticəsində meydana gəlmişdir. 
Avestanın ən qədim hissələrindən yə'ni, qasahalardan belə mə'lum olur ki, 
Zərdüşt, Ahura Məzdanın hər bir varlığın yaradanı olmasına, hər bir şeyin Onun 
iradə və istəyi əsasında idarə edilməsinə inanırdı. Onun əqidəsinə görə, nur və 
zülməti yaradan məhz odur. Bu barədə qasahaların axırıncı ayəsində deyilir: 
«Kimdir ilk əvvəldən doğruluğu yaradan? Kimdir günəşi və ulduzları xəlq edən? Ayı 
öz qüvvəsi ilə bədirləndirən, sonradan onu hilala döndərən kimdir? Kimdir ki, yerin 
müvazinətini saxlayır və onun məhv olmasının qarşısını alır? Kimdir o bacarıqlı şəxs 
ki, qaranlığı və işığı, yatmağı və qalxmağı yaratdı? Suyu və ağacları yaradan kimdir? 
Kimdir buludlara və küləklərə hərəkət verən? Kimdir səhərləri və günortanı yaradan 
ki, insanlar vaxtında işlə məşğul ola bilsinlər? Mən bütün bu şeylərlə səni tanıdım, 
ey Məzda! Ey bütün varlıqları yaradan, mübarək ruhun köməyi ilə (səni tanıdım!) 
Zərdüştlərin bütün dua və münacatlarda çağırdığı «Ahura Məzda» sözü “hikmətli 
allah” mə'nasını daşıyır. Amma bu ad Zərdüşt tərəfindən verilməmişdir; Məzda adı 
onun zamanında məşhur bir ifadə idi və hamı «Ahura Məzda»nı bütün varlıqların 
xaliqi və dünyanın allahı hesab edirdilər. Həmin ifadə hind ariyailərin nəzərində 
Varuna adı ilə tanınan bir varlıqdır. Ahura Məzda da Vidai dinində Aşura kimi 
tələffüz olunan həmin kəlmədir; allah və sahib mə'nasındadır. 
Zərdüştün qədim dini rəhbəri olan Muğan sonralar divlərə pərəstiş etməyi İran 
camaatının inancına daxil etdi. Div, yaxud divlər ilahi yönə malik olan müqəddəs 
ruhlara aid edilir. Bu kəlmə Avropa dillərində də buna oxşar bir şəkildə tələffüz 
olunur. Belə ki, almanlar div mə'nasında olan həmin kəlməni “diyuyen” və 
fransalılar isə diyu (diey) kimi tələffüz edirlər. Ənqulusaqsonlar ona “diti”, yaxud 
“diyudidi” deyirlər. Buna əsasən demək olar ki, bu söz ümumiyyətlə ilk əvvəldə 
Allah barədə yeganə mə'bud və xaliq mənasını daşıyan bir kəlmə kimi yaradılmışdır. 
Xatırladırıq ki, diyu sözü fransız dilində yalnız Allah mə'nasında işlədilir. Amma 
Muğan təlimlərində bu kəlmə öz ilk mə'nasından çıxarılmış, Məzda, yaxud Yəzdan 
kəlməsinin qarşısında qərar verilmiş və nəhayətdə müsibətlər və bəlaları yaradan 
səmavi şər varlıqlar mənasını almışdır. Divlərə


171 
pərəstiş etmək daha sonra, onların pislik və şərindən amanda qalmaq niyyəti ilə, 
yaxud düşmənlərinə qələbə çalmaq üçün yerinə yetirilmişdir. 
Zərdüşt inanırdı ki, divlərə pərəstiş etmək insanı Ahura Məzdanın cəlal və 
əzəmətini dərk etməkdən saxlayır. Buna görə də cavanlığının ilk əvvəllərindən 
divlərə pərəstiş etməklə müxalifətçilik etmiş və peyğəmbərlik məqamına seçildikdən 
sonra özünün ən mühüm risalətini Muğan ayinini islah etməyə, divlərə pərəstiş 
etmək adətini dəyişməyə həsr etmişdir. Nəhayət hamı ona tabe olaraq, Ahura 
Məzdaya sitayiş etməyə başlamışdır. 
Ahura Məzda Avestada kamal sifətlərilə vəsf edilmişdir; elə sifətlər ki, eynilə 
Qur'ani-kərimdə mütəal Allah barəsində işlədilmişdir. Məsələn, Xaliq, Bəsir, Əlim, 
Ən böyük, Ən qüdrətli, Kəramətli, Bağışlayan və s... Buna əsasən qəbul etməliyik 
ki, Zərdüşt dininin əsası tövhid və yeganəpərəstlik əqidələri üzərində qurulmuşdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin