24
Bu nəzəriyyəni araşdırarkən aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:
1. Bu nəzəriyyənin ən əsas məqamları ibtidai dövrlərə aid olan əfsanələr üzərində
qurulub və onların həqiqət və düzgünlüyü barədə əldə heç bir mö'təbər sənəd yoxdur;
onun elmi cəhətdən isbat edilməsi də mümkün deyildir. Özümüzü bu kimi əfsanələrə
inandırmağa çalışsaq da belə, ibtidai insanların dinə meyl göstərməsində qeyd
olunan amillərin əsas səbəb olmasını və bu hadisələrdən öncə allaha heç bir şəkildə
e'tiqad bəslənilməməsini necə isbat etmək olar?
2. Əgər Allaha inam, zahir olmağa imkan tapmayan və bir növ cilovlanmış cinsi
ehtiraslardan doğmasını qəbul etsək, onda öz cinsi istəklərinin qarşısında heç bir
maneə görməyən və bu hissləri müntəzəm olaraq doyurulan şəxslərin arasında
Allaha inanan bir kimsə tapmaq mümkün olmamalıdır. Halbuki real gerçəklik bunun
əksini təsdiq edir.
3. İnsana yalnız bir yöndən nəzər salmaq, onun yalnız cinsi ehtiraslarını əsas
tutmaq və sair istəklərini nəzərə almamaq heç bir şəkildə elmi əsasla əsaslandırıla
bilməz. İnsanın gözəlliklərə, xüsusilə mə'nəvi gözəlliklərə, yüksək əxlaqi
keyfiyyətlərə, elm mənimsəməyə, həqiqətləri öyrənməyə və s. işlərə qarşı olan
marağı cinsi meyllərin əsas götürülməsi ilə necə uyğun gələ bilər və ya necə izah
edilə bilər?
Dostları ilə paylaş: