SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə130/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   126   127   128   129   130   131   132   133   ...   200
Dinlərlə tanışlıq

2. Dominu: 
Zərdüştilikdə Ahura Məzda öz ilahi iradəsini müqəddəs və pak bir ruh vasitəsi ilə 
gerçəkləşdirir ki, onu «Sepentaminu», yaxud «Sepəndiminu» adalandırırlar. 
«Sepentaminu» xeyir, doğruluq, bərəkət və həyat mənşəyidir; altı mələk 
«Sepentaminu»ya əməl və rəftarlarında kömək edir. Bu altı mələyə «Emşasipənta», 
yaxud «Emşasipentand» deyirlər. Bu mələklərdən hər birinin özünəməxsus adı və 
vəzifəsi vardır. Vəhumine (Bəhmən) yaxşı fikir və yaxşı fitrət mələyidir; Aşa-
vihiştab (ordubehişt) doğruluq və ədalət, Xeştira Virya (Şəhrivər) qüvvət, qüdrət və 
tam istila, İspinta Arimiti (İsfən ərməz) şəfqət, lütf və bəhrələndirmə, Həvaruvatat 
(Xordad) kamal və yetkinlik, Emrtat (Əmurdad) əbədiyyət, həyat və həmişəlik 
mələyidir. Əbədi varlıqlar kimi tanınan bu altı mələk «Sepentaminu»ya kömək edir. 
Amma Ahura Məzda bütün işləri «Sepentaminu»ya və Emşasipiəntaya həvalə 
etməmişdir, çünki Zərdüşt dinində başqa mələklər də vardır; o cümlədən Suruş - itaət 
mələyidir ki, camaatı Ahura Məzdaya itaət etməyə də'vət edir, Geosmura, yaxud 
Guşvarvan heyvanların keşikçisi olan mələkdir. 
Sepentaminunun qarşısında Əngireminu dayanır ki, o da çirkin ruh 
mə'nasındadır. O, çirkinlik və şərin mənşəyidir. Əngireminunu Əhrimən də 
adlandırırlar. Zərdüşt mənbələrində həmişə Sepento və Əngire bir-birinin qarşısında 
durur, Əngire Ahura Məzdadan çirkin işlər görmək üçün möhlət almışdır. Buna görə 
də həyat boyunca həmişə Sepento və Əngire arasında mübarizə və qarşıdurma 
mövcuddur ki, əlbəttə, son və yekun qələbə Sepenta ilə olacaqdır. Axırda Əhrimənə 
və ümumiyyətlə şər qüvvələrə qələbə çalan məhz Ahura Məzda olacaqdır. Avestada 
belə oxuyuruq: “İndi şühud aləmində iki ilkin ruh (Sepento və Əngire) iki körpə kimi 
irəli düşmüşlər; biri yaxşılıq, biri isə pislikdir; təsəvvürdə, danışıqda və əməldə. Ağıl 
sahibləri bu ikiliyin arasından yaxşını seçir və pis adamlar isə pisliyi ixtiyar edirlər. 
Bu iki ruhun birlikdə yarandığı ilk gündən biri varlığı və həyatı bərqərar edir, digəri 
isə yoxluğa və


172 
məhvə doğru çalışır. Onların əbədi məqamları (yə'ni, cəhənnəm) yalançı 
ardıcıllarına nəsib olacaqdır. Amma yaxşıların əbədi məqamı və pak əndişələri 
(yə'ni, behişt) doğruluq ardıcıllarına nəsib olacaqdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin