175
bəxş edir. O, müqəddəslik və düzlük sahibidir; xəlq etmək, bəxşiş (əfv), güzəştə
getmək və bərəkət vasitəsilə dərk olunur. O, altı müqərrəb mələk (mücərrəd)
vasitəsilə əhatə olunmuşdur ki, onların atası və xaliqidir. Bu altı mələkdən üç
müqərrəb və mələkuti varlıq onun öz cövhərindəndir, ondan ayrılmaz olduğunu
demək olmaz. Yə'ni, Vəhumilər, Əşə, Sepəntminudur ki, onların vasitəsi ilə xəlq
edir. Onun məqamı qəhr və şəhriyar məqamıdır; şübhəsiz, yaratdığı bütün şeylərin
mütləq rəhbəridir. Şəhriyar, hal-hazırda əqidə bəslənən Vilruşun hücumu vasitəsilə
Ənqireminunun əli ilə dağıdılmışdır. Amma son anda ilk vəziyyətinə
qaytarılacaqdır. Xordad və Mordad da onun zatından ayrılan deyildir. Amma bunlar
özləri mükafatdan ibarətdir ki, o, Allahın istəyi əsasında zahidliklə əməl edən
şəxslərə və'də verilmişdir. Bu altı müqərrəbin axırıncısı Armiti, yaxud Harsayi
müqəddəs insanla Allah arasında müştərək olub, bu iki varlıq arasında düzgün
rabitənin göstəricisidir. Allah ağıllı bir rəhbərdir və Əhrimən qüvvələrinin fövqündə
dayanır.
2. Dünya Əşə (düzlük) və yalan arasında bölünmüşdür. Əşə elimli rəhbər olan
Sepəndminun vasitəsilə yaradılmışdır. Amma yalanın mənşəyi barəsində peyğəmbər
susmuş və heç bir şey deməmişdir. Bir-birilə fəza təşkil edən bu iki qütb arasında
(düzlük və yalan) ikiliyə yönəlmə və onların arsında insanların azad seçməsinin
mümkünlüyü Zərdüşt təfəkkürünün əsasını təşkil edir.
3. Elm sahibi olan rəhbərin məxluqatı azad şəkildə xəlq olunur. Onlar düzlük və
yalandan birini seçməkdə azaddırlar. Bu məsələ ilahi müqərrəblər qədərincə
insanlara da aid olur. Buna əsasən heyrətləndirici tərzdə Sepentminunun qardaşı
kimi vəsf olunan Əngireminu özü ən pis işləri seçir. Bu seçki onun ixtiyar və
iradəsindən irəli gəlir; divlər də belədir. Zərdüşt köhnə mə'budları, onlara ibadət
mərasimlərinin tələbi olan kobudluq xatirinə şər və Əhrimən qüvvələri hesab
etmişdir.
4. İnsan tam azad olduğuna görə, özünün son talehinin məhsuludur və yaxşı işlər
yerinə yetirməklə əbədi mükafatlara nail olur; Xordad (yə'ni, salamatlıq) və Mordad
(əbədilik) ona məxsusdur, divpərəstlər də vicdan və adil Allahın vasitəsilə əbədi
əzabla ən pis varlıqlara məhkum edilir.
5. Əşənin xarici vücudu atəşdir və zərdüştlərin dini mərkəzlərinə və ocaqlarına
çevrilən də məhz bu atəşgahdır. Ərimiş metalın və odun çətin imtahanları vasitəsilə
Zərdüşt sözünün haqq olmasını isbat edir. Həmçinin həmin atəş və qızarmış dəmir
vasitəsilə bəşəriyyət dünyanın son anlarında mühakiməyə və hesaba çağırılacaqlar.
Dostları ilə paylaş: