SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə134/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   130   131   132   133   134   135   136   137   ...   200
Dinlərlə tanışlıq

OTUZ DÖRDÜNCÜ DƏRS 
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ 
1. Odun müqəddəs sanılması: 
Zərdüştlər dördlük təşkil edən ünsürləri (su, od, hava və torpaq) pak və müqəddəs 
sayırlar. Zərdüştilik hökmlərində bu dörd ünsürü aludə edən şəxslər üçün ağır cəza 
tədbirləri nəzərdə tutulmuşdur. Əlbəttə, atəş daha artıq ehtirama layiq görülüb və 
zərdüştlər onu nur və işıqlıq simvolu, ilahi mələkut nişanəsi, nurun və işıqlığın xaliqi 
olan Ahura Məzdanın rəmzi hesab edirlər. Zərdüştlər odu müqəddəsləşdirməkdə o 
qədər ifrata varmışlar ki, onların mə'bədləri də atəşgah adlandırılmışdır; onların 
ibadətləri də odun qarşısında yerinə yetirilir. Buna görə də zərdüştlər sair qövmlər 
və digər din ardıcılları arasında atəşpərəst kimi tanınmışlar. 
Müqəddəs atəş uzun-uzadı hazırlıqlar və müfəssəl ibadətlər silsiləsi ilə yanaşı 
hazırlanır. Ən müqəddəs atəş odur ki, on altı ayrı-ayrı atəşdən təşkil olunsun. (Yə'ni, 
on altı məntəqədə xüsusi mərasim, dua və zikrlərlə müqəddəs atəş hazırlansın, daha 
sonra onlar bir-birilə birləşdirilsin). 
Atəşin müqəddəs sayılıb pak saxlanmasının qaydalarından biri də budur ki, ətirli 
səndəl ağacının odunlarından bir neçəsini yonaraq üst-üstə toplayır və onları odun 
üzərinə tökürlər. Sonra atəş şö'lələrinin yuxarısında azacıq məsafədə atəşlə təmasda 
olmayan metal bir qaşıq saxlayırlar; onda kiçik bir dəlik açılır və qaşığın arasında 
səndəl çubuqlarının ovuntularını tökürlər. Sonra müqəddəs çubuqlar yığımını 
alovlandırıb dua və nəğmə oxuyub qiraət etməklə məşğul olurlar. Bu əməli 91 dəfə 
təkrar edirlər. Nəhayət mubədlərin 16 müxtəlif məntəqədən bir yerə topladıqları pak 
atəş müqəddəs bir kürədə yandırılır və mubədlər öz ağızlarını incə bir parça ilə örtüb 
uzaqdan tənəffüs etdikləri bir halda onu yandırırlar. 
Odun qorunduğu qab daxili otağın yaxınlığında küllə doludur və orada dörd ayaqlı 
bir kürsü vardır ki, mubədlər onu növbə ilə səndəl ağacının çubuğunun qırıqları ilə 
alovlu saxlayırlar. Ağızlarına bir parça bağlayırlar ki, nəfəsləri pak oda üfürülməsin 
və onu çirkləndirməsin. Həmçinin odun kənarında asqırıb və ya öskürməkdən 
özlərini saxlayırlar. 
Zərüdşt dininin ardıcılları günün istənilən vaxtında atəşgahın içərisinə gedə 
bilərlər. Mə'bədə daxil olmazdan qabaq öz əllərini və üzlərini suya çəkir, Avestanın 
bir hissəsini tilavət edir, dua və münacat oxuyurlar. Sonra ayaqqabılarını çıxardaraq 
mə'bəd otağına daxil olub, müqəddəs məşəlin qarşısında namaz qılır, bir qədər 
səndəl çubuğu ilə yanaşı olan nəzir və hədiyyəni mubədə təqdim edirlər. Bunun 
müqabilində mubədin ixtiyarında olan müqəddəs küldən bir qab götürür, feyz və 
bərəkət kəsb etmək niyyəti ilə öz üzlərinə və gözlərinə sürtürlər. Sonra oda tərəf 
tə'zim əlaməti olaraq əyilərək namaz qılır, dua oxuyur və hər bir halda həmin odu 
ilahi mələkut nişanəsi və rəmzi kimi qələmə verirlər;


179 
onlar oda allah kimi deyil, onun nişanəsi kimi pərəstiş edirlər. Daha sonra yavaşca 
arxaya çəkilir, ayaqqabı çıxarılan yerə çatır və atəşgahdan xaric olurlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin