SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə14/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   10   11   12   13   14   15   16   17   ...   200
Dinlərlə tanışlıq

6. BƏXT NƏZƏRİYYƏSİ: 
Bu nəzəriyyəyə görə, ibtidai insanlar həyatda müəyyən uğursuzluqlarla 
qarşılaşdıqları zaman, xoşbəxtlikdən əl üzüb bədbəxtliyə düçar olarkən bu 
uğursuzluqların yaranma səbəblərini bilmədikləri üçün təbiətin fövqündə dayanan 
bəxt və alınyazısı adlı qeyri-təbii və qeyri-iradi bir gücə inanmağa başlamışlar. 
Həmin inam və e'tiqad tədricən dinə və məzhəbə çevrilərək, nəticədə Allaha e'tiqadı 
yaratmışdır. Məşhur sosioloqlar Simner və Kler bu barədə deyir: “ - İbtidai insanlar 
arasında yekdilliklə qəbul edilən bir məsələ tapmaq olsaydı, şübhə yoxdur ki
həmin məsələ təbiətin fövqündə dayanan qüvvələrin insan övladlarının bəxt və 
taleyinə hakim kəsilməsi inamı idi. İbtidai dövrün insanlarının düşündüyü əsas 
məsələ bundan ibarət idi: Bu sirli qüvvələrin rəğbətini qazanmaqla bədbəxtliyin 
qarşısını almaq, xoşbəxtliyə nail olmaq, öz arzu və hədəflərinə yetişmək. 
Cəmiyyətin bütün üzvləri daimi olaraq bu məsələ ilə bağlı iztirab və narahatçılıq 
hissi keçirir, bütün güclərini səfərbər edərək qarabəxt və tale'siz olmaqdan yaxa 
qurtarmağa çalışırdılar. Beləliklə aşkar bir ehtiyacdan din yaranmışdır...” 
Bu nəzəriyyəni araşdırarkən bir neçə məsələyə diqqət yetirmək lazımdır: 
1. İbtidai insanların e'tiqadları arasında bəxt və taleyə inam məsələsinin geniş 
yayılmasına baxmayaraq, məsələ heç də bu iki sosioloqun dediyi kimi deyildir; bu 
inancların formalaşıb yayılmasında təkcə savadsızlıq və cəhalət deyil, 
məs'uliyyətdən yayınmaq, səhlənkarlıq, qüsur və nöqsanların üstünü örtmək,


25 
vicdan əzabından xilas olmaq məqsədi də bəxt və alın yazısına inamı yaradan 
səbəblərdəndir. 
2. Dinə yönəlmənin əsas səbəbi bəxt və alın yazısına inam olarsa, bəxtə e'tiqad 
bəsləməyən şəxslər allaha sitayiş etməməli və heç bir ilahi qüvvəyə 
inanmamalıdırlar. Qeyd olunduğu kimi, real gerçəklik bu məsələnin tamamilə 
əksinədir. 
3. Bu nəzəriyyə bütün dinlərə yönəlmənin səbəbi kimi izah edilə bilməz; çünki 
dinlərin bir çoxunda, xüsusilə İslam dini heç vaxt bəxt məsələsini əsas e'tiqadi 
prinsip kimi işıqlandırmamış və öz ardıcıllarını bu işə təşviq etməmişdir. 
4. Bəxtə və alın yazısına inanan şəxslərin əksəriyyəti onu qaçılmaz və dəyişməz 
bir hökm kimi qələmə verməmişdir. Çünki belə olsaydı onu dəyişdirməyə, sirli 
qüvvələrin rəğbətini qazanaraq həyatda qarşıya çıxan bədbəxtliklərin qarşısını 
almağa çalışmazdılar. 
Qeyd olunan altı nəzəriyyədən əlavə, dinlərin mənşəyi və dinə yönəlmənin 
səbəbləri barədə başqa fikirlər də irəli sürülmüşdür ki, onlarla tanış olmaq üçün daha 
geniş və ətraflı kitablara müraciət etmək lazımdır. Amma həqiqət bundan ibarətdir 
ki, insanda olan Allaha e'tiqadın əsası və dinin mənşəyi daima hadisələrin və 
varlıqların səbəbini arayan-axtarıb insan ruhiyyəsidir. İnsan bir tərəfdən varlıq 
aləmində saysız-hesabsız qəribəlikləri, nizam-intizamı müşahidə edir, digər tərəfdən 
isə varlıq aləmindəki səbəblə səbəbkarını, yaradanını tanıyıb dərk etmək barəsində 
olan fitri ehtiyacı ilə vahid və qüdrətli Allahın varlığını dərk edir. Bu nəzəriyyənin 
geniş və əhatəli şərhi e'tiqadlar barədə yazılmış dərsliklərdə bəyan olunmuşdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin