190
OTUZ YEDDİNCİ DƏRS
HƏZRƏT MUSA (Ə)
TƏVƏLLÜDÜ VƏ UŞAQLIQ İLLƏRİ
Həzrət Musa (ə) eramızdan əvvəl 1200-1300-cü illərdə Misirdə hökmranlıq edən
Fir'on Ramsəsin zamanında dünyaya gəlmişdir. O, elə bir dövrdə doğulmuşdur ki,
Fir'onun göstərişi ilə Bəni-İsrailin oğlan uşaqlarının qətlə yetirilməsi adi hal almışdı.
Deyilənlərə görə, bu qətillərin əsas səbəbi ibrani cəmiyyətinin sür'ətlə çoxalması və
qibtilərin, ibrilərin onlardan üstün olacağından ehtiyatlanması olmuşdur. Bu barədə
verilən digər bir ehtimal da bundan ibarətdir ki, Fir'ona kahinlər, münəccimlər və
sehrkarlar vasitəsi ilə xəbər verilmişdi ki, o ildə (Musanın təvəllüdü ilində) Bəni-
İsrail qövmü arasında bir oğlan uşağı dünyaya gələcəkdir ki, fir'onçuların
hakimiyyətinə və qibtilərin səltənətinə son qoyacaqdır.
Qeyd olunan ehtimalların hər biri düzgün ola bilər. Ümumiyyətlə, o ildə Fir'on
göstəriş vermişdi ki, Bəni-İsrail qadınları hamilə olmamalıdır; hamilə olduqları
təqdirdə, uşaqları ana bətnində ikən öldürülməlidir. Əgər övladları dünyaya gələrsə
və oğlan uşağı olarsa, yerindəcə məhv edilməlidir. Bu göstərişi icra etmək üçün
çoxlu məxfi mə'mur və casuslar tə'yin edilmişdi. Belə bir şəraitdə lavi tayfasından,
İmranın Yokabid adlı arvadından bir oğlan uşağı dünyaya gəldi ki, onu sonralar
Musa adlandırdılar. Musa - sudan tutulan mənasını daşıyır.
Musanın anası üç ay ərzində övladını gizli şəkildə böyütmüş və ona süd vermişdi.
Amma həmişə onun öldürüləcəyindən qorxurdu. Qur'ani-Kərimdə Allah-taala bu
barədə belə buyurur:
Dostları ilə paylaş: