199
qalxıb yandırma qurbanlığını keçirib, salamat qalan hədiyyələri gətirdilər. Qövm
yeyib-içmək üçün oturdu və oynamaq üçün ayağa qalxdılar. Allah Musaya dedi:
“Yola düş, dağdan aşağı en. Çünki sənin Misirdən çıxardığın bu qövm yolunu
azmışdır. Onlara əmr etdiyim yoldan azıb özləri üçün dana düzəltmişlər və onun
yanında səcdə edir, qurbanlıq kəsirlər. Deyirlər ki, ey İsrail! Bu həmin allahdır ki,
səni Misir ölkəsindən çıxarmışdır.” Allah Musaya dedi: “Bu qövmü gördüm. İndi bu
çox inadkar bir qövmüdür.”
Diqqət yetirilməli məsələ budur ki, Qur'ani-Kərimin nəql etdiyinə əsasən, Bəni-
İsrail qövmünün danaya sitayiş etməsinin banisi Samiri adlı bir şəxs olmuşdur.
Halbuki təhrif olunmuş Tövratda bu çirkin və şirk əməl Haruna aid edilir. Həqiqətdə
isə bu şəxs Harun olmamışdır; o, müqəddəs insan olduğundan heç vaxt şirkə əl
atmazdı. Amma necə olursa-olsun, bu tarixi məlumatdan aydın olur ki, Bəni-İsrail
qövmü ən kiçik bəhanə ilə bütpərəstliyə meyl göstərirdilər. Qeyd olunan axırıncı
ayədən belə aydın olur ki, bu qövmün Allaha şərik qoşmaqda təcrübəsi var idi; Allah
da onları inadkar adlandırmışdır.
Həzrət Musa (ə) qayıdan zaman dana bütünü sındırıb ona sitayiş mərasimini ləğv
etdi və öz qövmünü yenidən tövhidə qaytardı. Amma onlar Musadan sonra da
bütpərəstliyə, danapərəstliyə üz tutdular. O cümlədən, Bəni-İsrail Fələstinə daxil
olub bu diyarda yerləşdikdən sonra Kənanın şimal nahiyələrində yaşayan on iki
tayfadan onu kənanilərlə qarışmaq nəticəsində Yəhuvəyə e'tiqad və pərəstişlə eyni
zamanda Kənanın Bə'l bütü, eləcə də onun həyat yoldaşı olan Əştaruta pərəstiş
etməyə başladılar. Amma köçəri həyat tərzi keçirən iki tayfa isə öz Yəhuvə
əqidəsində qalmışdılar.
Qur'ani-Kərim bu hadisəyə işarə edərək buyurur:
Dostları ilə paylaş: