200
qayıdacaqlar. Belə isə padşahla məşvərət etdi, iki qızıl dana heykəli düzəltdi və ona
dedi ki, sizin üçün Yerusəlimə getmək çətindir. Ey İsrail! (Bunlar) səni Misir
diyarından çıxaran mə'budlardır və birini “Beyti-il”də qoydu, digərini “Dan”da qərar
verdi. Və bu məsələ də günaha səbəb oldu; qövm o bir dənə “Dan”ın yanına getdilər,
uca məkanlarda evlər tikdilər və Bəni Lavidən olmayan qövmün hamısından
kahinlər tə'yin etdilər. Yərub'am səkkizinci ayın 15-də yəhudi bayramına oxşar bir
bayram təşkil etdi və o qurbangaha getdi; “Beyti-il”də həmin cür əməl etdi,
düzəltdiyi danalar üçün qurbanlıq kəsdi, düzəltdiyi uca yerlərin kahinləri Beyti-ildə
kahinlərini qərar verdi, səkkizinci ayın 15-də yə'ni, öz qəlbindən ixtira etdiyi bir ayda
Beyti-ildə düzəltdiyi qurbangahın yanına gedirdi və Bəni-İsrail üçün bayramlıq
təşkil edirdi; qurbangahın yanına gəldi və buxur yandırırdı.
SEÇİLMİŞ QÖVM
Bəni-İsrail qövmü özlərini Allah tərəfindən seçilmiş bir qövm, yəhudi dinini isə
özlərinə məxsus bir din hesab edirdilər. Buna görə də sair qövmləri alçaq, yaramaz
və heyvan sayırdılar. (Bu barədə Təlmud bəhsində daha çox araşdırmalar
aparacağıq.) Onlar inanırdılar ki, yalnız Bəni-israil övladları yəhudi dinini qəbul edə
bilər və başqaları bu qövmdən olmadıqlarına görə bu dinə daxil olmamalıdırlar.
Məhz bu dəlilə görə yəhudi xaxamları yalnız yəhudilərin ibadət mərasimlərini yerinə
yetirmək və onları düz yola hidayət etməyi öz öhdələrinə götürürlər; sair qövmlər
arasında təbliğat tədbirləri yoxdur; öz dinlərinin ardıcıllarının sayını artırmağa meyl
göstərmirlər. Həmin irqçilik nəzəriyyəsi əsasında Yəhüvəni Bəni-İsrailin Allahı adı
ilə xatırladırlar. Elə bir Allahdır ki, yalnız Bəni-İsrail qövmünü hidayət etməyə
vəzifəlidir və sair qövmlərin öz mə'budları vardır.
AXİRƏT
Bəni-İsrail qövmü arasında dünyaya ürək bağlamaq elə bir həddə idi ki, müqəddəs
kitabın tamamilə hamısı yəhud qövmünün tarixçəsini şərh etməyə həsr edilmiş və
onda axirətə e'tiqaddan azacıq da olsa, əsər-əlamət yoxdur. Buna görə də Qur'ani-
Kərim Bəni-İsrail barəsində buyurur:
Dostları ilə paylaş: