SeyiD ƏHMƏd mahmudi /j


«Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə151/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   147   148   149   150   151   152   153   154   ...   200
Dinlərlə tanışlıq

«Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq 
yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın...». 
Halbuki Qur'ani-Kərimin aşkar buyuruqlarına əsasən, həzrət Musa (ə) özünü 
axirətə doğru belə hidayət edir: 
«Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi 
yurddur. 


201 
Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud 
qadın mö'min ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olbu saysız-hesabsız 
ruziyə çatar!» 
SUALLAR 
1. Bəni-İsrail qövmü həzrət Musadan Allahla əlaqədar nə kimi şeylər tələb 
edirdi? 
2. Bəni-İsrail danaya nə üçün və necə sitayiş etməyə başladı? 
3. Bəni-İsrail Bə'l bütünə pərəstiş etməyə necə üz tutdu? 
4. Yərüb'am camaatı danaya pərəstiş etməyə necə təşviq edirdi? 
5. Yəhudilərin sair qövmlər barəsindəki nəzəri nədir? 
6. Nə üçün yəhud dini tə'limlərində axirət məsələlərinə diqqət yetirilmir?


QIRXINCI DƏRS 
YƏHUDİ AYİNLƏRİ VƏ İXTİLAFLARI 
Yəhudilər mütəmadi olaraq, öz dini qayda-qanunlarını müxtəlif ehtiyac və 
maraqlarına görə dəyişdirirdilər. Tövratda qurbanlıq mərasiminin yerinə yetirilməsi 
və hədiyyələrin təqdim olunması üslubu şərh olunur; Bəni-İsrail Fələstində yerləşib 
Yerusəlimdəki mə'bədi tikdikləri vaxtdan e'tibarən öz ibadi ayinlərini həyata 
keçirmək üçün xüsusi qayda-qanunlar düzəltmişdilər. Buna əsasən yəhudi qövmü 
arasında ibadət ayinlərinin əsas meyarı Yerusəlimdəki mə'bədin qayda-qanunlarıdır. 
Amma əvvəlki dərsdə də qeyd olunduğu kimi, Yerusəlimdəki mə'bəd Dan və İl 
mə'bədləri kimi rəqiblərə malik idi ki, Yərüb'an Davudun səltənətini zəiflətmək və 
Yerusəlimdəki mə'bədin mərkəzləşməsinin qarşısını almaq üçün tikilmişdi. 
Yərüb'an Bəni-İsraildən bir qurupunu öz mə'bədlərinə göndərdi və orada danaya 
sitayiş etməyin əsasını qoydu. İl və Dan mə'bədlərinin oxşarı olan mə'bədlər Cinkat 
və Be'ri Şəb'ə şəhərlərində də mövcuddur. 
Qurbanlıq mərasimlərinin yerinə yetirilməsi və Allahın hüzuruna hədiyyələrin əta 
olunması mərasiminin dəqiq üslubu Sifri-xurucda və Sifri-laviyanda müfəssəl 
şəkildə şərh edilmişdir. Bu hədiyyələrdən bə'zi növləri yandırılmaq üçün idi və 
onları verərkən Allaha həmd və təqdis nəzərdə tutulur. Onlardan bə'ziləri isə sülh və 
əmin-amanlıq üçün idi ki, onları verməklə, Allahla olan bağlılıq və rabitələr bir növ 
möhkəmlənirdi. Günah hədiyyələri də xəta və səhvlərin bağışlanması üçün təqdim 
olunurdu; nəhayət, bə'zi fərdlərin (kafirlərin) təqsirləri üçün də bə'zi köməklik və 
qurbanlıqlar edilirdi ki, günahkarları onların cəzalandırılmasından azad etsin. Bu 
hədiyyələrin hamısı ya heyvanların qurban kəsilməsi, yaxud da kömək və sair 
hədiyyələr təqdim edilməklə olurdu. Qeyd olunan hədiyyələr göyərtilər, içməlilər, 
mə'bədin ətirləri və həmçinin sair hədiyyələr, o cümlədən məhsulun ilkin 
toplanması, nübar meyvələr, heyvan sürüsünün ilk doğulan balası, mal-dövlətdən 
olan vergilər (onda bir) və s. vergilər qərara alınmışdır. Bu hədiyyə və köməklərin 
hər birinin xüsusi təqdimat mərasimi var idi ki, müqəddəs kitabda incəliklərinə qədər 
bəyan olunmuşdur; onlar həmin tərtiblə də yerinə yetirilməli idi. 
Yerusəlim mə'bədlərinin rövnəqləndiyi zamana qədər bu mərasimlərin hamısı 
bütün incəliklərinə qədər icra olunurdu. Amma bu mərkəz Romalılar tərəfindən 
dağıdıldıqdan sonra yəhudi mə'bədlərində və ibadi ayinlərində müəyyən 
dəyişikliklər baş verdi; kənisalar qədim mə'bədlərin yerini tutdu. Dua, razi-niyaz, 
Tövratın oxunması da qurbanlıq mərasiminin yerini tutdu. Kənisalar həqiqətdə 
yəhudi şəxslərin toplanış yeri idi ki, orada ibadət mərasimlərini sadə şəkildə bərqərar 
edirdilər. İbadətdə olan bu mərasimlər dua, dini nəğmələrin oxunması və Tövratın 
tilavət edilməsi ilə xülasələnirdi; bu kimi yerlər əlavə olaraq, dini 202


203 
hökmlərin və əqidələrin tə'lim verilməsi üçün də mərkəz sayılırdı. Əlbəttə, 
kənisalarda ibadət mərasimlərinin icra olunma qaydasında müxtəlif yəhudi 
cərəyanları arasında ixtilaf mövcuddur. Amma qədim yəhudilərin kənisalarında 
Tövrat hələ də qədim ibri dilində oxunur, qadınlarla kişilərin yeri bir-birindən ayrı 
saxlanır, dua və münacatlar da klassik formada icra olunur. İslahata meyl edən 
kənisalarda isə bunun əksinə olaraq, ibri dilindən çox az istifadə olunur, dua və 
münacatların icra olunmasında, ibadi mərasimlərdə rəqqasəlikdən və musiqidən 
istifadə olunur. 
Əlbəttə kənisalar də tədricən öz əhəmiyyətini itirmişdi; çünki yəhudilər öz dini 
mərasimlərinin və adət-ən'ənlərinin bir qismini ailəvi şəkildə mənzillərdə yerinə 
yetirir, yalnız kütləvi şəkildə yerinə yetirilən mərasimlər üçün kənisaya gedir və 
mərasimin ardını yenidən evlərində davam etdirirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin