SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə152/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   148   149   150   151   152   153   154   155   ...   200
Dinlərlə tanışlıq

ŞƏNBƏ GÜNÜ MƏRASİMİ 
Şənbə günü yəhudilərin istirahət və ibadət günüdür. Tövratda bu gün Allah-
taalanın varlıq aləmini xəlq etdikdən sonra istirahətə başladığı gün sayılır. Buna görə 
də yəhudilər bu gündə işdən əl çəkərək istirahətə və ibadət mərasimi keçirməyə 
məşğul olurlar. 
Yəhudi mö'minləri cümə günü gün batdıqdan sonra mənzillərini təmizləməyə, 
hamama getməyə, təzə paltarlar geyməyə başlayır və şənbə ibadətlərinə aid olan 
şamları yandırır, xeyir-duaları tilavət edirlər. Bu iş ailədə ana tərəfindən yerinə 
yetirilir. Mümkündür ki, uşaqlara aid olan duaları da bu mərasimə əlavə etsinlər. 
Sonra ailə başçısı şənbə üçün keyduş adlı təbərrük duasını şərabın üstünə oxuyur və 
şənbə günündə ondan bir qədər içirlər. Daha sonra əllərini xüsusi bir göstərişlə 
yuyaraq başqa bir təbərrük duasını şənbə çörəyinin üstünə oxuyur ki, həmin çörək 
də şənbə günü yeyilir. Şənbə günü və gecəsi yeyilən yeməklər də xüsusi göstərişlərə 
malikdir. Şənbə gününün axırıncı yeməyi elə sərf edilməlidir ki, gün batmazdan 
əvvəl qurtarsın. Şənbə mərasiminin axırıncı mərhələsi Havdale adlanır ki, bir növ 
toxunmuş və burulmuş şama (müqəddəs şamdanda qoyulur) dua oxumaq kimi işlərə 
şamildir; şərabdan olan başqa bir fincanı da içib bir qədər ədviyyələri iyləməkdir. 
Gün ərzində dua və münacat mərasimini kütləvi şəkildə yerinə yetirmək üçün 
kənisaya gedirlər. 
BAYRAMLAR 
Yəhudilərin ən mühüm bayramları aşağıdakılardır: 
1. «Roşhəşnəd» - bu, ilin başı mə'nasına olub, həqiqətdə yəhudi ilinin başlanğıcı 
və onların bayramı sayılır. Yəhudilərin nəzərində ali müqəddəs günlərdən sayılan bu 
gün qədər əziz gün yoxdur və yəhudilər onu illik mühakimə günü hesab edirlər;


204 
o gün asimanın pərdələri açılır və hər şəxsin əvvəlki ildə olan əməlləri onun əməl 
dəftərində qeydə alınır. 
2. «Kippur» - bu gün «Roşhəşnəd»dən on gün sonra yerinə yetirilir və ali 
müqəddəs günlərdən sayılır. Yəhudilər kəffarə və ya tövbə hesab olunan bu gündə 
öz günahlarını iqrar edib kəffarə orucu tutur və Allahdan günahlarının 
bağışlanmalarını istəyirlər. 
3. «Sukkot», yaxud «Xeymələr bayramı» - «Kippur»dan beş gün sonra yerinə 
yetirilir. Səkkiz gün davam edən bu bayramda Bəni-İsrail qövmünün həzrət Musa 
(ə)-ın zamanında ağır şəraitdə səhrada yaşadıqları dövr xatırlanır. 
4. «Fisəh», yaxud «Pisac» - bu bayram Bəni-İsrailin Misirdən köçmələrini 
xatırladan bir bayramdır və yazda təqribən mart və aprel aylarında bərqərar edilir. 
Bu bayramda yəhudilər qurbanlıq mərasimlərini keçirir, fətir çörəyi bişirir, şərab 
içir, bayram şamı yandırıb Bəni-İsrailin Misirdən köçməsi hadisəsini xatırladırlar. 
5. «Şavut», yaxud «Əllilik bayramı» - «Fisəh» bayramından doqquz gün sonra 
yerinə yetirilir və həqiqətdə «Fisəh» bayramının davamıdır. Allaha un hədiyyə 
etməklə keçirilən bu bayram ilahi ne'mətlərə şükr etmək və əkinçilik mərasiminin 
xatırlanmasıdır. Eləcə də Sina dağında həzrət Musaya Tövratın nazil olmasını 
xatırladan bir mərasimdir. 
6. «Hənukəh», yaxud «İxlas və saflıq bayramı» - bu bayram dekabr ayında səkkiz 
gün müddətində təşkil olunur və bu da yəhudi hekayələrindən birini xatırladır ki, 
onun əsasında Mekabirun mə'bədində yunanlılarla müharibə zamanında qalan 
yeganə çırağın bir günlük yağa malik olduğu halda səkkiz gün yanmasını canlandırır. 
7. «Purim» bayramı. Bu bayram fevral ayının axırlarında, yaxud mart ayının 
əvvəllərində təşkil olunur; bu ibrani peyğəmbərlərindən biri olan Əstərin əli ilə 
miladdan beş əsr qabaq baş verən mö'cüzəni xatırladır. Haman şuş yəhudilərinin 
qırğın tarixini tə'yin etmək üçün püşk atanda Əstərin varlığı xatirinə düzülmüş mizlər 
tərsinə çevrildi və Haman öz əli ilə hazırladığı dar ağacından asılı qaldı. 
Bu hadisə başqa cür də nəql olunmuşdur. Belə ki, Əstər ümumiyyətlə yəhudi bir 
qadın idi ki, İran padşahı Xəşəyar şah onu gözəlliyinə görə özünə arvad seçdi. Bu 
arvad əmioğlusu Mərdxay ilə birlikdə İran şahının yəhudilərin əleyhinə tədbir 
görmək istəyən Haman adlı vəzirindən padşaha mə'lumat verdi ki, guya ona xəyanət 
etmək məqsədi vardır. Buna görə də şah Hamanı və onun ətrafındakıları, onun 
yəhudiləri dara asmaq üçün hazırladığı iplə asdırdı. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin