205
Əgər bir kəs Yəhüvənin adına küfr etsə (küframiz bir söz desə,)
onu daşqalaq
etmək lazımdır;
Hər kəs Yəhüvədən başqası üçün qurbanlıq etsə, əlbəttə həlak olacaqdır;
Öz ata-anasına nifrin edən bir şəxs öldürülməlidir;
Ata-anasının öyüd-nəsihətlərinə qulaq asmayan, israfçılıq edən və şərab içən övlad
daşqalaq olunmalıdır;
Ana, bacı, övlad və digər məhrəmlərlə izdivac etmək haramdır və bunun cəzası
qətldir;
Livat
edən kişi və livat verən kişi, zina edən kişi və qadın öldürülməlidir;
Hər
kəs şənbə günü işləsə, öldürülməlidir;
Yəhudilər ilin müəyyən günlərində oruc tuturlar: Təşrin ayının 9-cu və 10-cu kipur
günü 25 saat ərzində, purin günü, kədliya günü, təşrinin 3-cü günü, əqidiya günü,
təşrinin 5-ci günü, sidqiya günü, həsvan ayının 6-cı günü, yəhuyaqim günü, kilyu
ayının 20-si telmiya günü, təbisit ayının 8-i fitnə günü və şəft ayının 12-ci əzad günü.
YƏHUDİ ƏXLAQI
Bu bölmədə yəhudilərin əxlaqi tövsiyələrindən bə'zilərini qeyd edirik:
«Qərib şəxsə əziyyət vermə və yadına sal ki, səfərdə sən də qərib olmuşdun»;
«Miskin və fəqir olan fəhlələrə zülm rəva görmə; onlar istər sənin qardaşların olsun,
istərsə də qəriblərdən»; «Dul qadınlara
və yetimlərə əziyyət etmə; əgər fəryad
etsələr, mən onu
qəbul edərəm və sizi öldürərəm, qadınlarınızı dul, övladlarınızı
yetim qoyaram»; «Rüşvət alma və öz əhdinə vəfalı qal»; «Söz gəzdirmək üçün
gəzmə»; «Batil və yalan xəbəri yayma»; «Ata-anaya
ehtiram et ki, sənin ruzin
artsın»; «Təvazökarlıq izzətin müqəddiməsidir»; «Təkəbbürdən
dava-dalaşdan
başqa bir şey hasil olmaz»; «Allahdan qorxmaq insanın ömrünü uzadar» və «Şər
adamlarla əlbir olma».
Dostları ilə paylaş: