SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə154/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   150   151   152   153   154   155   156   157   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Yəhudilərin mə'bədlərə hədiyyə etdikləri şeylər hansılardan ibarətdir? 
2. Nə üçün kənisaların əhəmiyyəti azalmışdır? 
3. Yəhudilər şənbə günü nə edirlər? 
4. Yəhudilər hansı günləri oruc tuturlar? 
Yəhudilərin ən mühüm bayramlarını qısa şəkildə izah edin.


QIRX BİRİNCİ DƏRS 
TÖVRAT 
Tövrat, yaxud Əhdi-ətiq yəhudi qövmünün tarixini, məzhəbi nəğmələrini və 
hökmlərini əhatə edən nəzm və nəsr məcmuəsindən ibarətdir. Əhdi-ətiq bir neçə 
bölmədən ibarətdir ki, həzrət Musaya vəhy şəkilində nazil olan Tövrat yalnız onun 
bir qismini təşkil edir. Buna görə də Tövratın Əhdi-ətiqin hamısına aid edilməsi 
qələbə yönündən və Tövratın sair Bəni-İsrail peyğəmbərlərinə nazil olan səhifə və 
kitablarla müqayisədə daha artıq əhəmiyyət kəsb etməsidir. 
Yəhudilərin və məsihilərin nəzərində Əhdi-ətiq müqəddəs kitab sayılır, amma 
onun kitablarının sayı barəsində ixtilaf mövcuddur. Bə'zi yəhudi alimləri Əhdə 
müəyyən hissələri əlavə etmişlər, halbuki başqaları həmin hissələri qəbul etmirlər; 
katolik məsihilərinin nəzərində mö'təbər sayılan nüsxələr protestantların 
nüsxələrindən 7 kitab artıqdır. 
Əhdi-ətiq kitabı ibri dilində, az bir qismi isə fəldani dilində yazılmışdır ki, hər ikisi 
də ərəb dili kimi sami dillər qrupundandır. Əhdi-ətiqin bir hissəsi yunan dilində 
mövcuddur ki, ibri nüsxəsindən tərcümə edilmişdir. Bu tərcümə Misir padşahı 
Filadelsofun dövründə (Miladdan 258 il qabaq) 72 nəfərin vasitəsilə tərcümə edilmiş 
və onun ibri nüsxəsi ilə müəyyən fərqləri də vardır. Katoliklərin qəbul etdiyi 7 kitab 
da bu tərcümədə movcuddur. Onlar aşağıdakılardır: 
Tubiya, Yəhudiyyət, Hikmət, Yəsu ibni Yəsrax, Bardək və birinci, ikinci 
məkatiban. Yəhudilərin nəzərində ibri nüsxəsi daha mö'təbər sayılır. 
İbri nüsxəsinə əsasən, Əhdi-ətiq 39 kitab və səhifədən ibarətdir. Onun əvvəldəki 5 
kitabı Tövratın əsfarları adı ilə tanınır və yəhudilərin e'tiqadına görə, eynilə vəhy 
kəlamıdır və Sina dağında Musaya nazil olmuşdur. İbri kəlməsi olan «Tövrat» şəriət, 
yaxud dini tə'limlər mə'nasındadır. 
Tövratın beşlik təşkil edən sifrlərindən hər biri xüsusi bir məsələni əhatə edir: 
1. Sifri peydayiş: Bu kitabda dünyanın və insanın xilqəti, Adəm ilə Həvvanın 
başına gələn əhvalatlar, onların düçar olduqları xətalar və nəticədə behiştdən xaric 
olmaları ilə əlaqədar məsələlərə toxunulub. Adəmin övladlarının başına gələn 
hadisələr, Nuh tufanı, həzrət İbrahimin və onun nəslindən olan sair peyğəmbərlərin 
yə'ni, həzrət İshaqın, Yə'qub övladlarının, xüsusilə həzrət Yusifin əhvalatları nəql 
olunur. Bu sifr həzrət Yusifin vəfatını bəyan etməklə sona çatır. 
2. Sifri xuruc: Bu kitabda Bəni-İsrail qövmünün həzrət Yusifdən sonrakı tarixi, 
bu qövmün həzrət Musanın zühuruna qədər başına gələn hadisələr, onların arasından 
Bəni-İsrailin Misirdən çıxaraq çöllərdə avara-sərgərdan qalmaları, məşhur 10 
fərmanın mətni və Yəhuvə ilə əlaqədar çoxlu e'tiqadi məsələlər nəql olunmuşdur. 
3. Cifri e'dad: Bu kitabda Bəni-İsrail qövmünün 12-lik təşkil edən əsbat bölgüsü 
üzrə sayı, bu qövmün mənzillərinin, ictimai tərbiyə və tənzimlərinin tərtibə 206


207 
salınması bəyan edilib. Bu sifrdə, eləcə də Bəni-İsrail qövmünün daxilində baş verən 
bə'zi qiyamlar, Musanın dövründə baş verən hdisələr bəyan edilmişdir. 
5. Təsniyə sifri: Bu kitabda əvvəlki dörd kitaba nisbətən geniş şəkildə şərh olunan 
mühüm əqidəvi və tarixi bəhslər və şəriət hökmləri ixtisarla təkrar olunmuş, 
nübüvvət və Yuşe ibni Nunun canişinlik məsələsi ilə əlaqədar olunan bəhslər (həzrət 
Musanın yerinə) işıqlanlırılır. 
Tövratın beşlik təşkil edən əsfarından sonra Bəni-İsrail peyğəmbərlərinin sair 
kitabları və səhifələri Əhdi-ətiqin sonrakı bölmələrini təşkil edir və onun 12 bölməsi 
Bəni-İsrail qövmünün tarixinə həsr edilmişdir: 
1. Yuşe ibni Nunun səhifəsi; Bu, həzrət Musa (ə)-ın canişini olan Yuşe ibni 
Nunun tarixinə şamildir. 
2. Hakimlər kitabı; Burada padşahlar tə'yin olunmazdan qabaq Bəni-İsrail 
qazilərinin öhdəsinə aldıqları işlər və tarixlər qeyd olunub. 
3. Rut kitabı; Bu, Rut adlı qadının tərcümeyi-halını bəyan edir ki, o, Əvbiyənin 
anası idi. Əvbiyə də Yəsanın, o da Davudun atası idi. 
4. Səmuil peyğəmbərin birinci kitabı; Bu Bəni-İsrail peyğəmbərlərindən olan 
Səmuil peyğəmbərin tarixi və Şaulun (Talut) padşahlığa seçilməsini bəyan edir. 
5. Səmuil peyğəmbərin ikinci kitabı; Bu da həzrət Davud (ə)-ın hakimiyyətini 
bəyan edir. 
6. Padşahların birinci kitabı; Bu, həzrət Davud (ə)-ın, həzrət Süleyman (ə)-ın və 
onların canişinlərinin hakimiyyət dövrünü bəyan edir. 
7. Padşahların ikinci kitabı; Bu da Bəni-İsrail padşahlarının Buxtunnəsərin 
hücumundan və onun Babildən qovulmasına qədərki tarixini bəyan edir. 
8. Təvarixi-əyyamin birinci kitabı; Bu, Bəni-İsrailin nəsəbnaməsini və bu 
qövmün tarixini həzrət Davud (ə)-ın vəfatına qədərki təkrarını bəyan edir. 
9. Təvarixi-əyyamin ikinci kitabı; Bu, həzrət Süleymanın və ondan sonrakı 
padşahların Babildən qovulduqları vaxta qədərki tarixini bəyan edir. 
10. Əzra' kitabı; Bu, Yerusəlimin (Beytül-müqəddəsin) yenidən abadlaşdırılması, 
Yəhuyanın azad edilməsi və onun Üzeyrlə birlikdə Yerusəlimə qayıtmasını bəyan 
edir. 
11. Nəhmya kitabı; Yəhudilərin Yerusəlimə qayıdaraq bu şəhəri yenidən 
abadlaşdırması Nəhmyanın dilindən bəyan edilir. 
12. İstər kitabı. Burada yəhudilərin məhv olma təhülkəsinin aradan qaldırılması, 
İran padşahı Xəşayarın yəhudi arvadı olan İstərin vasitəçiliyi bəyan olunur. 
Sonrakı beş kitab hikmətli sözlər, münacat və şe'rdən ibarətdir: 
1. Əyyub (ə)-ın kitabı; Burada Əyyub peyğəmbərin düçar olduğu imtahanlar və 
çətinliklər, bu çətinliklər qarşısında onun davranışı bəyan olunub. 
2. Davud (ə)-ın Zəburu (Məzamir); Bu, həzrət Davud (ə)-ın münacatlar 
məcmuəsidir. 


208 
3. Əmsali Süleyman kitabı; Bu da Süleyman peyğəmbərin hikmətli kəlamlarından 
ibarətdir. 
4. Camieyi Süleyman kitabı; Bu, həzrət Süleyman peyğəmbərin təxəllüsü olan 
Camiyə ibni Davudun adıdır və bu kitab varlığa və həyata bədbinliklə yanaşır. 
5. Süleymanın qəzəlləri kitabı. Bu da Süleyman peyğəmbərin dilindən söylənən 
aşiqanə qəzəllər və şe'rlərdən ibarətdir. 
Nəhayət sonrakı 17 kitab peyğəmbərlərin Bəni-İsrail qövmü barəsində qabaqcadan 
verdikləri xəbərlər və bu qövmün başına gələcək çətinliklərlə əlaqədar varid olan 
xəbərdarlıqlardan ibarətdir. 
Bu 17 kitab aşağıdakılardır: 
Əşqiya peyğəmbərin səhifəsi, İrmiya peyğəmbərin səhifəsi, İrmiya 
peyğəmbərlərin mərsiyələr kitabı, Həzqiya peyğəmbərin səhifəsi, Daniyal 
peyğəmbərin səhifəsi, Ruşəh peyğəmbərin səhifəsi, Yuil peyğəmbərin səhifəsi, Amil 
peyğəmbərin səhifəsi, Üvəbədya peyğəmbərin səhifəsi, Yunis peyğəmbərin səhifəsi, 
Mikap peyğəmbərin səhifəsi, Nahun peyğəmbərin səhifəsi, Həbquq peyğəmbərin 
səhifəsi, Səfniya peyğəmbərin səhifəsi, Həcci peyğəmbərin səhifəsi, Zəkəriyyə 
peyğəmbərin səhifəsi, Məlaki peyğəmbərin səhifəsi. 
Qeyd olunanlar Əhdi-ətiqin ümumi şəkildə təqdim olunması idi ki, yəhudilərin 
Tövrat və sair müqəddəs kitablarını ehtiva edir. Amma cavab verilməli ən mühüm 
sual bundan ibarətdir ki, bu müqəddəs kitabın həqiqi e'tibarı nə dərəcədədir? 
Görəsən onda olan mətləblər doğrudanmı Allah kəlamıdır və Bəni-İsrail qövmünün 
alimləri tərəfindən təhrif edilməyibdir? Onların şəxsi mənafeləri, xəyal və 
təsəvvürləri ilə, həmçinin Bəni-İsrail qövmünün nəfsani istəkləri ilə qarışmayıbdır 
(onlar həmişə maddi bir Allaha malik olmaqlarını arzu edirdilər) və nəhayət görsən 
bu kitab həqiqət yolundan çıxmayıbdırmı? 
Əgər Qu'ranı əsas me'yar götürsək, şübhəsiz, ikinci ehtimal doğrudur. Çünki 
Qur'ani-Kərimdə kitabın təhrif edilməsi yəhudi qövmünə aid edilir. Başqa bir yerdə 
isə Qur'an aşkar şəkildə onların Allahın kitabını öz tərəflərindən yazaraq Allaha aid 
etdikləri bəyan olunur. 
Yəhudilər Tövratı (müqəddəs kitabın hamısını) ilahi vəhy hesab edirlər. Amma 
həqiqət bundan ibarətdir ki, tarixi sənədlər əsasında Tövratın şəhadət sandığında, 
yaxud Əhd tabutunda saxlanan əsil nüsxəsi Buxtunnəsərin ikinci hücumunda aradan 
getmiş və o ikinci dəfə olaraq, Miladdan 457 il qabaq yazılmışdır. Aydındır ki, bu 
qədər zaman fasiləsi ilə həmin kitabın düzgünlüyünə xatircəmlik tapmaq olmaz. 
Bundan əlavə, Təsniyə sifrində həzrət Musanın vəfatı nəql olunduğuna görə şübhəsiz 
ki, bu kitab həzrət Musanın öz kəlamı ola bilməz; məlumdur ki, başqaları tərəfindən 
yazılmışdır. Bundan daha mühüm məsələ budur ki, bu kitabda mövcud olan çoxlu 
mətləblər Allaha heç vaxt aid edilə bilməz və onları vəhy hesab etmək olmaz; ilahi 
peyğəmbərlər heç vaxt bu kimi sözlər deyə bilməzlər. Məsələn, Həzrət Nuhun 
həddindən artıq məst olmaq əhvalatı; belə ki, məstlik nəticəsində öz övrətini açmış 
və bu işi özü də hiss etməmişdir Eləcə də həzrət


209 
Nuhun kəskin sərxoşluğu, öz iki qızı ilə yaxınlıq etməsi və öz atalarından hamilə 
olmaları Harun tərəfindən danaya pərəstiş və camaatın da bu pərəstişə də'vət 
edilməsi 
Həzrət Süleyman və Davuda şirk və azğınlıq nisbəti vermək, Yə'qubun Allahla 
güləşərək onu məğlub etməsi. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin