xüsusi qayda-qanunlar əsasında, təzə paltarlar və bəzək əşyaları ilə birlikdə dəfn
edirlər. Onlardan bə'ziləri ölülərin asayiş və rahatlığını tə'min etmək üçün onları
xüsusi mərasimlə qəbirlərindən çıxardaraq yenidən başqa bir yerdə torpağa
tapşırırlar.
Animistlərin e'tiqadlarından biri də tənasüxdür. Yə'ni, onlar inanırlar ki, ölümdən
sonra insanın ruhu ya əbədi olaraq onunla qalır, yaxud da başqa bir cismə keçir. Hər
hansı bir cismə daxil olan ruh daha sonra
ya ruhlar aləminə seyr edir, yaxud da
üçüncü bir cismə nəql olunur. Beləliklə, həmin ruh bir cismdən digərinə ötürülür. Bu
cism insan bədəni, bitki, cansız əşyalar da ola bilər.
Vəfat edən şəxsin ruhunu
daşıyan şəxs və ya əşya onun qohum-əqrəbası tərəfindən xüsusi hörmətə layiq
görülür. Animistlər ruhların növbənöv fəaliyyət və iş görmək qabiliyyətinə malik
olduğuna inanırlar. Onların e'tiqadına əsasən insan ölmədən də ruh müvəqqəti olaraq
insanın bədənindən çıxıb, uzaq məsafədən onun əməl və rəftarlarını nəzarət altında
saxlaya bilər. Ruhların bə'zən hər hansı bir cisimdən oğurlanması və ya
dəyişdirilməsi halları da baş verir. Amerikalı hindulardan birinin nəql etdiyi məşhur
hekayə də bunu əks etdirir: Müharibələrin birində bir qəbilənin başçısı düşmənlərin
hücumundan qorunmaq məqsədi ilə öz ruhunu ağacın üstündə yerləşdirir.
Düşmənlər hücüm etdikdən sonra onun cismini tapırlar, amma nə qədər ox atsalar
da onu öldürə bilmirlər. Nəhayət onun hiyləsini başa düşüb görürlər ki, onun ruhu
ağacın budaqları arasındadır; onun ruhuna ox atmaqla cismini də məhv edirlər.
Bu əqidəyə əsaslanan animistlər təsəvvür edirlər ki, insanın cismi ilə əlaqədar olan
hər bir şey, yaxud insanın cismindən ayrılan bədən üzvləri, o cümlədən tük, dırnaq,
hətta ifrazatlar da insan ruhunun bir hissəsidir. Ruh bu əşyalara və həmin üzvlərə
daxil olmuşdur. Başqa ruhlar da onlara tə'sir edə bilər. Deməli,
mümkün qədər
çalışmaq lazımdır ki, insanın bədəni ilə əlaqədar olan şeylərin heç biri düşmənlərin
əlinə düşməsin; çünki onlar sehr və cadu qüvvəsindən istifadə etməklə onların
sahibinə əzab-əziyyət verə bilərlər._
Dostları ilə paylaş: