SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə162/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   158   159   160   161   162   163   164   165   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Sionizmin formalaşmasında hansı amillərin rolu olub? 
2. Nə üçün sionistlər bu adla çağırılırlar? 
3. Hertzel kimdir və nə kimi işlər görmüşdür? 
4. İsrail dövləti nə vaxt və hansı yolla tə'sis olunmuşdur? 
Sionistlərin əqidələrindən bəzi nümunələri qeyd edin. 


222 
QIRX BEŞİNCİ DƏRS 
SABEİ DİNİ 
MÜQƏDDİMƏ 
Sabei dini İraqın cənubunda yaşayan, İranın qərbi Xuzistan məntəqəsində 
(Mişan 
səhrası və Karun haşiyəsində) 
azlıqda yaşayan bir ayinin ardıcıllarıdır ki, onların sayının 
təxminən 200 min nəfər olduğu deyilir. 
Xüsusi adət-ən'ənələrə malik olduğuna, fərdi və ictimai həyatlarında sair millətlər 
və qövmlərlə qarışmaqdan, öz əqidələrini aşkar etməkdən çəkindiklərinə görə 
Sabeiilər barəsində kifayət qədər dəqiq mə'lumat yoxdur. Onların keçmişləri də 
müəmmalıdır; tədqiqatçılar onların barəsində fərqli, bə'zən də zidiyyətli nəzərlər 
vermişlər. Amma Qur'ani-Kərimdə - Bəqərə-62, Maidə-69, Həcc-17 - onların adı 
məsihilər və yəhudilərlə yanaşı qeyd olunur. 
Yuxarıdakı ayələrdən belə nəticə əldə olunur ki, sabeiilər ilahi dinlərin ardıcılları 
cərgəsində və təkallahlı olmuşlar. Onlar sair din ardıcılları kimi sonradan şirkə tərəf 
çəkilmiş, buna görə də bir qurupu mö'min, digər bir qurupu isə müşrik olmuşlar. 
SABE KƏLMƏSİNİN LÜĞƏT MƏ'NASI 
Sabeə və sabinu kəlmələrinin kökü barəsində müxtəlif nəzər və ehtimallar 
verilmişdir. Amma ən məşhur nəzəriyyə budur ki, bu kəlmə ibri dilində olan «sad», 
«bey» və «əyn» kökündən alınmışdır və «suya cummaq» mə'nasını ifadə edir. Bu 
kəlmə ərəbləşdikdə «əyn» hərfi «həmzə»yə çevrilmiş və «sad», «bey» və «həmzə» 
şəklini almışdır. Buna əsasən sabeii «suda batanlar» mə'nasını daşıyır. Bu nəzər 
həmin ayinin həqiqətinə daha yaxındır. Çünki, bu ayinin ardıcılları «qüsl etmək», 
«tə'mid» vermək və eləcə də əşyaların və yeyinti məhsullarının yuyulmasına 
həddindən artıq diqqət yetirirlər. Hətta, onlar bəzi müsəlman qövmləri arasında 
müqtəsilə adı ilə tanınmışlar. Bu dinin xüsusiyyətlərinə görə sabeiilər həmişə Fərat, 
Dəclə, Karun kimi böyük çayların sahillərində yaşamışlar. 


223 
DİNİ ƏSASLARI 
Sabeii dini barəsində tədqiqatçıların ixtilafına səbəb olan məsələlərdən biri də 
oların hansı ilahi peyğəmbərin ardıcılları olmasıdır. Bə'ziləri demişlər ki, onlar 
həzrət Nuh peyğəmbərin dininin ardıcıllarıdır, sair peyğəmbərləri isə ilahi elçi olaraq 
qəbul etmirlər. Digər nəzər budur ki, sabeiilər kitab əhlidir və Zəburu tilavət edirlər. 
Bə'ziləri inanırlar ki, onlar həzrət Yəhyaya qədər olan bütün ilahi peyğəmbərləri 
qəbul edir və ondan sonrakılara inanmırlar. Nəhayət sonuncu nəzərdə deyilir ki
onlar yalnız öz dinlərinin alimləri olan ruhanilərə tabe olur və onları da peyğəmbər 
kimi deyil, öz dinlərinin bir kahini kimi qəbul edirlər. 
Bu barədə mövcud olan müxtəlif nəzərlər arasında zahirən üçüncü nəzər (yə'ni, 
Yəhya peyğəmbərə e'tiqadlı olmaq) həqiqətə daha yaxındır. Çünki, sabeiilərin dini 
mənbələrində dəfələrlə Yəhya məzhəbi adlı bir ayinin adı çəkilir. Ümumiyyətlə, 
onlar dinlərinin əsası olan “Tə'mid” ayininin həzrət Yəhyadan qaldığını deyərək, 
Məsihi də bu ayinə iman gətirənlərdən hesab edir, lakin onun, sonradan bu dinin 
sirlərinə xəyanət etdiyini iddia edirlər. Həmçinin deyirlər ki, Məsih Yəhyanın 
məzhəbini korlamış və axar suda olan tə'mid quslunu dəyişdirmişdir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin