225
AYİNLƏR VƏ HÖKMLƏR
1. Tə'mid: Qüsl və təharət sabeii şəriətinin əsasını təşkil
edir və buna görə də
müxtəlif hallarda və vaxtlarda verilən Tə'mid qüslü sabeiilərin ən mühüm vəzifəsi
hesab olunur. “Kamil” tə'mid qüslünün ən mühüm növüdür ki, izdivac,
təvəllüd,
məss-meyyit və sair işlər zamanı kahinin əli ilə yerinə yetirilməlidir; heyz, nifas,
cənabət
və eləcə də böyük günahlar, o cümlədən oğurluq, zina,
qətl işlərindən sonra
verilməlidir.
2. Namaz: Sabeiilər gün ərzində üç dəfə cənub istiqamətində namaz qılırlar.
Birinci namaz səkkiz rəkətdir və hər rəkətdə üç səcdə vardır; bu namaz günəş
çıxmazdan əvvəl yerinə yetirilir. İkinci namaz günorta vaxtı qılınır ki, hər rəkətin üç
səcdəsi vardır. Üçüncü namaz da ikinci namaz kimidir və günəş batan zaman qılınır.
3. Oruc: Sabeiilər oruc tutmağa (yemək və içməkdən çəkinmək kimi olan oruca)
inanmırlar və onu allahın halal etdiyi şeyi qadağan etmək kimi qiymətləndirirlər.
Amma müsəlmanlarla qarışdıqlarına görə zahirdə oruc tuturlar. Onlar orucu mə'nəvi
məşğələ adı ilə otuz gün (ilin ayrı-ayrı günlərində) yerinə yetirirlər.
Dostları ilə paylaş: