232
«...Mən, həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də
peyğəmbər etdi».
Bütün ilahi peyğəmbərlər həmişə mö'cüzə və nişanələrlə peyğəmbərliyə
seçildiyindən, Allah-taala İsa peyğəmbər barəsində buyurmuşdur ki, onun özünü və
anasını ayət və nişanə qərar verdik. Ananın ailə qurmadan övlad sahibi olması, körpə
yaşlarında övladın camaatla danışması ilahi mö'cüzələrdəndir. Bundan əlavə,
Qur'ani-Kərimdə o həzrət üçün çoxlu mö'cüzələr də bəyan olunmuşdur:
«Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da
Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutlanları
sağaldır və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb
saxladığınız şeyləri də sizə xəbər verərəm.»
İNCİL NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə)
Dördlük təşkil edən İncillərdə həzrət Məryəmin şəxsiyyəti barəsində çox da geniş
məlumat yoxdur; yalnız qeyd olunur ki, o, təqvalı və pak-pakizə olmuşdur. Amma
onun həzrət İsaya hamilə olması və İsanın təvəllüdü barədə nisbətən geniş mətləblər
verilmişdir. Mətta İncilində İsa barəsində belə oxuyuruq:
«İsa Məsihin təvəllüdü belə oldu: Yusifin əqdinə gətirilən Məryəm ər evinə
getməkzən qabaq Ruhul-qudusun vasitəsi ilə hamilə oldu. Yaxşı əməl sahibi olan və
Məryəmin camaat qarşısında rüsvay olmamasını istəyən Yusif gizli şəkildə qərara
aldı ki, ondan ayrılsın. Yusif hələ bu fikirdə olduğu zaman Allahın mələyi yuxuda
ona zahir olub dedi: Ey Davudun oğlu Yusif! Məryəmi öz evinə aparmaqdan qorxma,
çünki onun bətnində olan Ruhul-qudusdandır. O, bir oğlan dünyaya gətirəcək və sən
onu İsa adlandıracaqsan; çünki o, öz qövmünü günahlardan xilas edəcəkdir».
Bu işlər baş verdi, nəhayət Allah-taala peyğəmbərin vasitəsi ilə e'lan etdi:
Dostları ilə paylaş: