SeyiD ƏHMƏd mahmudi /j


«Allah üçün (üç ilahinin) üçüncüsüdür!» - deyənlər, əlbəttə, kafir olmuşlar



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə176/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   172   173   174   175   176   177   178   179   ...   200
Dinlərlə tanışlıq

«Allah üçün (üç ilahinin) üçüncüsüdür!» - deyənlər, əlbəttə, kafir olmuşlar. 
Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə 
son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz 
verəcəkdir (toxunacaqdır)». 
Həmçinin başqa bir ayədə buyurulur: 
«...(Allah barəsində) «üç deməyin». (Belə sözlərə) son qoyun. Həqiqətən Allah 
tək bir tanrıdır.» 
SUALLAR 
1. Üç üqnum nədir? 
2. Məsihi alimlərinin təslis barəsindəki nəzərləri necədir? 
3. Məsihilərin təslis əqidəsinə dəlalət edən ən mühüm dəlil və mənbələri 
hansılardır? 
4. Qur'ani-Kərim məsihilərin Allah barəsində olan əqidələrini necə bəyan edir?


242 
ƏLLİNCİ DƏRS 
MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (2) 
Keçən dərsdə Məsihiliyin Allahşünaslıqla əlaqədar əqidəvi bəhsinin birinci 
mehvəri araşdırıldı. Bu dərsdə isə yerdə qalan iki mehvəri aydınlaşdıracağıq. 
İKİNCİ MEHVƏR 
HƏZRƏT MƏSİHİN İNSAN SURƏTİNDƏ NAZİL OLMASI 
Məsihilər inanırlar ki, Məsihin əzəli və ilahi həqiqəti insanlara nicat verib, onları 
hidayət etmək üçün insan surətində cism formasına düşmüşdür; İsanın özü də həmin 
cismləşmiş həqiqətdir. İlahi yönə malik olan bu təcəssümün necəliyi barədə qədim 
zamanlardan məsihi alimləri arasında ixtilaf mövcuddur. Bə'ziləri İsa Məsihin insani 
və ilahi olan iki zatının vəhdətinə tə'kid edir, digər bir qurup isə bu ikisinin arasında 
ikilik xarakterinin olduğuna inanırdılar. Nəhayət 451-ci Miladi ilində məsihi 
alimlərindən təşkil olunmuş «Çal si dun» şurası çalsidun e'tiqadnaməsi ünvanı ilə 
verdiyi bəyanatda özünün ümumi nəzərlərini məsihi tə'limlərindən biri kimi təqdim 
etdi. Bu bəyanatın əsasında bir vahid şəxsdə yə'ni, İsa (ə)-da iki təbiət və yaxud zat 
yə'ni, bəşər və ilahi təbiət cəm olmuşdur. Eyni halda bu iki zatdan hər biri 
özünəməxsus sifət və xüsusiyyətlərini qoruyub saxlayır. Başqa sözlə desək, bir nəfər 
olan İsa Məsihin iki zatı yə'ni, həm insani, həm də ilahi zatı vardır. Və bu iki zati 
gerçəklik bir-biri ilə eynidir. Biri ata Allahın zatı gerçəkliyi, digər biri isə hər bir 
fərdin zatı gerçəkliyidir. “Çal si dun” e'tiqadnaməsində belə oxuyuruq: «Müqəddəs 
ataya tabe olaraq, biz bütün insanlarla bu tə'limdə müttəhid olmuşuq ki, bir vücuda 
- yalnız oğula - bizim Allahımız olan İsa Məsihə iqrar edək. 
Bu vahid vücud həm ilahi olmaq baxımından, həm də insani yöndən kamil bir 
varlıqdır. Bu vahid vücud həqiqətdə həm Allahdır və həm də bəşər. Bir yöndən 
mücərrəd ruh, digər bir yöndən isə cismdən ibarət olan insandır. Buna əsasən o, ilahi 
yönə malik olan vaxta qədər həmin ata - Allah zatı olan həqiqətə malik olur; insani 
yöndən də bizim kimi insanlara oxşar bir quruluşa malikdir. Hər bir cəhətdən bizə 
oxşardır, yalnız mə'sum olmamaq və günah ehtimalında oxşarlığımız yoxdur. 
O, zamanın meydana gəlməsindən qabaq özünün ilahi yönü cəhətindən ata vasitəsi 
ilə icad olunmuşdur. İndi də insanlara görə və bizim nicat tapıb qurtuluşa 
çıxmağımız üçün bakirə və müqəddəs Məryəmdən dünyaya gəlmişdir ki, bu 
baxımdan özünün insani yönündən ilahi xüsusiyyət daşıyır. 


243 
Biz din alimləri şurası həmçini tə'lim veririk ki, bəşəri idrak üslubumuz bu yeganə 
Məsihdən (oğul, ata Allahın yeganə mövludu) iki təbiət, yaxud mahiyyət yolu ilədir. 
Bu bir-birindən ayrı olan iki zatı, o birisi ilə səhv salmadan və eləcə də o ikisindən 
hər birinin digərinə çevrilməsini demədən, yaxud onları tamamilə bir-birindən ayrı 
olan varlıqlara bölmədən, yaxud onları özümüzün təzadlı fəaliyyət və çərçivəsi 
hesabında bir-birinin qarşısında qərar vermədən qəbul edirik. O ikisindən hər birinin 
fərqlənən ayrıca xüsusiyyətləri və onların kamil ittihadı heç bir vəchlə inkar 
olunmur. Buna əsasən hər iki təbiət bir bir şəxsdə qərar tutur və idrak olunmağa qabil 
olan bir həqiqətə çevrilir. Onlar (o iki zat) iki şəxs təsəvvür olunmaları ilə iki yerə 
bölünmür və ya bir-birindən ayrılmır; yaxud bunun əksinə, həmişə birlikdədir və 
birdir. Həm oğul, həm də təkcə Allahın mövludu olan kəlmə yə'ni, İsa Məsih Allah. 
FİDA 
Məsihilər həzrət İsanın (ə) əzəli bir həqiqətinə və ilahiləşdirilmiş bir məqamına 
inandıqlarından, əlavə olaraq, Məsih, yaxud oğul Allahın bəşər cismi, şəkli və eləcə 
də ona xas olan xüsusiyyətlərlə təcəssüm etməsinə də etiqad bəsləyirlər ki, o, 
insanları hidayət etmək və bəşəriyyətin xilaskarı olmaq üçün belə bir fədakarlıq 
etmişdir. 
Həzrət Məsihin vasitəsilə bəşəriyyətin hidayət olunub, xilas edilməsi onun 
peyğəmbərliyi və nübüvvəti ilə olduğundan (özü də ilahi peyğamın yalnız 
çatdırılması səviyyəsində, bundan artıq yox) qəbul olunasıdır və burada heç bir 
mübahisəyə ehtiyac yoxdur. Amma məsihilər inanırlar ki, həzrət İsa (ə) təkcə ilahi 
peyğamların təbliğ olunması yolu ilə bəşəriyyətin nicatına çalışmamış, ilk kökləri 
həzrət Adəm (ə)-da olan günahlarımızın xatirinə dara çəkilməyə razı olmuşdur ki, 
bizim günahlarımız bağışlansın. 
Məsihilərin inancına görə, həzrət Adəmin mürtəkib olduğu xəta və bunun 
nəticəsində behiştdən qovulması, əvvəla, Adəm övladının Allahdan uzaqlaşmasına 
səbəb oldu, ikincisi də o günah və xətalar irsi yolla sonrakı nəsillərə ötürüldü və 
nəticədə bəşər nəslində günahın bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə 
başladılar. 
İndi bəşəriyyətin günahkarlığına diqqət yetirməklə, Allah öz ədaləti əsasında 
Adəm övladlarını cəzalandırmalıdır. Amma digər tərəfdən də Allahın rəhmət sifəti 
tələb edir ki, onların günahları bağışlansın. Bu iki sifətin (ədalət və rəhmətin) cəm 
olunması yolu bundan ibarətdir ki, yalnız Allahın oğlu bəşər surətində zühur etsin, 
insan kimi yaşasın və bəşərin zülmü əsasında da dara çəkilsin ki, onların 
günahlarının kəffarəsi olsun. 
Bu barədə Əhdi-cədiddə belə deyilir: «Hər kəs əvvəl olmaq istəsə, gərək hamının 
qulu olsun. Çünki insanın oğlu (İsa) xidmətçi olmaq üçün gəlməmişdir; gəlmişdir ki, 
başqalarına xidmət etsin və öz canını çoxlarının yolunda fəda etsin.»


244 
Yenə də belə deyilir: «Hər kəs ona iman gətirsə, əbədi həyata sahib olar. Çünki 
aləmlərin Rəbbi o qədər məhəbbət göstərmişdir ki, Özünün yeganə oğlunu vermişdir 
ki, hər kəs ona iman gətirsə həlak olmasın və əbədi həyata sahib olsun. Çünki, Allah 
Öz oğlunu aləmə məhkum edilmək üçün göndərmədi; göndərdi ki, onlara nicat 
versin.» Başqa bir yerdə isə belə deyilir: «Amma Allah bizə olan məhəbbətini tam 
mə'nada sübut etmişdir, çünki biz hələ günahkar olduğumuz vaxtda Məsih bizim 
xatirimizə öldü. Onun qanının tökülməsinə görə biz tam mə'nada yaxşı adamlar 
sayılacağıq və buna görə də onun vasitəsi ilə Allahın qəzəbindən uzaq olacağıq. Biz 
Allahla düşmən olduğumuz vaxt O, Öz oğlunun ölümü ilə bizim düşmənçiliyimizi 
dostluğa çevirdi.» 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin