SeyiD ƏHMƏd mahmudi /j


«(Ya Məhəmməd!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə179/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   175   176   177   178   179   180   181   182   ...   200
Dinlərlə tanışlıq

«(Ya Məhəmməd!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, 
«Biz xaçpərəst», - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların 
içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı 
tutmalarına görədir.». 
Gördüyünüz kimi, məsihi ruhanilərinin təkəbbürlü və lovğa olmamaları bu din 
ardıcıllarının əksəriyyətinin məhəbbətli olmalarına səbəb olmuş və onların başqaları 
ilə təvazökarlıqla davranmasına gətirib çıxarmışdır. Amma digər tərəfdən, 
məsihilərin əxlaq tə'limləri arasında ifratçı yönə malik olan göstərişlər


247 
də gözə çarpır ki, həzrət İsanın bu kimi sözləri əxlaqi moizələr şəkilində deməsi çox 
zəif ehtimaldır. 
Burada məsihiliyin əxlaqi moizələrindən və yol göstərmələrindən bir qismini 
bəyan edirik ki, onların məzmununu araşdırmaqla, ilahi dinlərin əxlaqi göstərişlərlə 
nə dərəcədə müvafiq olduğu aydınlaşsın. 
ASİMANİ MƏLƏKUT ÜÇÜN HAZIRLIQ 
Məsihi mənbələri asimani mələkutun yaxın olmasını müjdə vermişlər. Asimani 
mələkut Bəni-İsrailin nəzərində tanınmış ilahi hökumət növüdür və onlar həmişə 
ilahi bir və'də ünvanı ilə onun intizarını çəkmişlər. Həzrət İsanın zühurundan bir az 
öncə həzrət Yəhya yəhudiyyə məntəqəsində qiyam etdi, camaata mö'cüzə göstərib 
onları tövbə etməyə çağırdı. Əxlaqi çirkinliklərdən, napaklıqlardan tövbə edib 
paklanmaq asimani mələkut, yaxud ilahi məramlı hökumətin bərqərar edilməsi üçün 
hazırlıq ünvanı sayılırdı. Mətta İncilində deyilirdi: «O zamanda tə'mid qüslü verən 
Yəhya yəhudiyyə çölündə zahir oludu və tə'lim verərək dedi: Tövbə edin, çünki 
asimani mələkut [padşahlıq] yaxındır.» Yəhyanın barəsində Əşkiya Nəbi belə deyir: 
«Səhrada bir kişi fəryad edib deyirdi: Allahın yolunu hazırlayın və onun yolunu 
düzəldin». 
Həmçinin Markosun 1-ci fəslinin 1-4-cü ayələrinə, Lukanın 3-cü fəslinin 1-6-cı 
ayələrinə də baxa bilərsiniz. 
Yəhya tutulandan sonra həzrət İsa öz də'vətini aşkar şəkildə başladı və onun kimi 
moizə etməyə başladı: «Yəhya tutulduqdan sonra Cəlil diyarına gəldi və Allahın 
müjdəsini e'lan edərək dedi: Qərara alınmış saat gəlib çatmış və Allahın padşahlığı 
yaxındır, tövbə edin və bu müjdəyə iman gətirin.» 
Məsihi dininin mənbələrinə uyğun olaraq, ilahi padşahlıq və hökumətin (asimani 
mələkut) zəminəsinin hazırlanması üçün və hamının nicata, qurtuluşa nail olub 
əyriliklərdən yaxa qurtarmalarının şahidi olmaları üçün tövbə edin, özünüzü əxlaqi 
aludəliklərdən və rəftar napaklıqlarından təmizləyin; sədaqətə, düzlüyə, niyyətin 
xalisliyinə riayət etmək asimani mələkutun intizarında olanlar üçün zəruridir. 
Bundan da yüksəkdə bütün şəxsi dünyəvi işlərdən və maddi bağlılıqlardan əl 
çəkmək lazımdır ki, asimani mələkuta hazır olmaq üçün lazımı ləyaqətə malik olalar. 
Aşağıdakı ayələrə diqqət yetirin: 
«Yol əsnasında böyük bir kütlə İsa ilə birlikdə idi. İsa onlara üz tutub buyurdu: 
Əgər bir kəs mənim yanıma gəlsə, ata-anadan, arvad-uşaqdan, bacı-qardaşdan və 
hətta öz canından əl çəkməsə, şagirdim ola bilməz. Hər kəs xaçını götürüb mənimlə 
gəlməsə, şagirdim ola bilməz». 
«Yol əsnasında bir şəxs ona dedi: “Hər yerə getsən mən də sənin ardınca 
gələcəyəm.” İsa cavab verdi: “Quşların da tülkülərin də yuvası vardır, lakin insan 
oğlu [İsa] üçün heç bir yer yoxdur ki, orada dincəlsin.” İsa başqa bir şəxsə


248 
buyurdu: “Mənimlə gəl.” Amma o cavab verdi: “Ey ağa! Qoy əvvəlcə atamı torpağa 
tapşırım.” İsa buyurdu: “Qoy ölülər öz ölülərini torpağa tapşırsın. Sən gərək gedib 
Allahın padşahlığını (asimani mələkutu) hər yerdə e'lan edəsən.” Başqa bir şəxs 
dedi: “Ey ağa! Mən səninlə gələcəyəm, amma icazə ver, əvvəlcə ailəmlə görüşüb 
xudahafizləşim.” İsa ona dedi: “Bir kəs yer şumlamağa məşğul olsa və arxasına 
baxsa, Allah padşahlığı üçün xidmət etməyə ləyaqəti olmaz”». 
Allah padşahlığına xidmət üçün ləyaqət kəsb etməkdən ötrü təkcə günahlardan 
tövbə edib sədaqət və niyyət xalisliyinə riayət etmək kifayət deyil, bu işdə dünyəvi 
əlaqələrin kəsilməsi, zahidlik, dünyaya rəğbətsizlik, hətta öz əzizlərindən də əl 
çəkmək zəruridir. Bu mövzu ilahi dinlərin tə'limləri ilə müqayisə olunub üzərində 
fikirləşilməlidir. Çünki ata-anadan, bacı-qardaşdan və s. əzizlərdən qohum-
əqrəbadan əl üzmək, hətta atanın dəfn mərasiminə sə'y göstərilməsə din 
mədəniyyətində heç bir vəchlə yozula bilməz. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin