SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə180/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   176   177   178   179   180   181   182   183   ...   200
Dinlərlə tanışlıq

İNSANLARA MƏHƏBBƏT 
Məsihi mənbələrində istər dost, istər düşmən olsun, bütün insanlarla məhəbbətlə 
rəftar etmək çox tövsiyə olunmuşdur. O cümlədən: «Amma mənim sözümü 
eşidənlərə deyirəm ki, öz düşmənlərinizə məhəbbət edin. Sizə nifrət edənlərə 
yaxşılıq edin. Sizə söyüş söyənlərə xeyir-dua edin. Sizinlə bəd rəftar edənləri dua 
edin. Bir kəs sənin üzünə sillə vursa, o biri üzünü də ona tərəf çevir. Bir kəs sənin 
libasını aparsa, qoy köynəyini də aparsın. Səndən bir şey istəyən hər kəsə bəxşiş et 
və sənin malını aparsalar, onu geri tələb etmə. Başqalarının sizinlə necə rəftar 
etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər yalnız sizi sevənləri 
sevsəniz, sizin üçün nə iftixar olar? Hətta xətakarlar da onları sevənləri sevirlər...» 
Başqa bir yerdə oxuyuruq: «Eşitmisinizmi ki, belə deyir: “Göz göz müqabilində, 
diş diş müqabilində.” Amma mən sizə deyirəm ki, sizə pislik edən şəxsə pislik 
etməyin. Əgər bir şəxs sənin sağ üzünə sillə vursa, sol üzünü ona tərəf çevir, əgər bir 
kəs sənin köynəyini almaq üçün məhkəməyə aparsa, pencəyini də ona bağışla. 
Hərgah bir şəxs səni bir mil məsafəyə getməyə məcbur etsə, sən onunla iki mil get». 
Amma İslam dinində hər bir şeyin me'yarı Allah olduğuna görə dostluq və 
məhəbbət, kin-küdurət və düşmənçilik də Allah mehvərində dövr etməlidir. Yə'ni, 
mö'minlər Allahın düşmənləri ilə düşmən, dostları ilə dostluq etməlidirlər. Həmçinin 
mö'minlərin və Allah dostlarının içində pisliyə pisliklə cavab verilməz, əksinə 
pisliyə yaxşılıqla cavab verirlər. 
Digər tərəfdən də ictimai əmin-amanlığın bərqərar olunması, xətakarların və 
inadkar insanların mö'minlərin məhəbbətli davranışlarından sui-istifadə etmələrinin 
qarşısını almaq üçün qisas hökmü də qoyulmuşdur və İncildə qeyd olunan tə'birlərə 
hökm verilmişdir. 


249 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin