SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə182/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   178   179   180   181   182   183   184   185   ...   200
Dinlərlə tanışlıq

1. Tə'mid qüslü: 
Tə'mid qüslü məsihiliyi qəbul etməyin ilk qayda-qanunlarından sayılır. Bu dini 
yenicə qəbul etmiş şəxs məsihi körpəsi kimi qüsl almalıdır. Tə'mid qüslündə su başa, 
yaxud bədənin hər hansı bir hissəsinə tökülür, yaxud da suya girməklə icra olununur. 
Bu mərasim məsihi ruhanisi (keşiş) vasitəsi ilə yerinə yetirilir və qüsl edilərkən keşiş 
tə'mid olunan şəxsə deyir: «Sənə atanın, oğulun və Ruhul-qüdusun adı ilə tə'mid 
verirəm». Bu cümlə Mətta İncilinin 28-ci fəslinin 19-cu ayəsindən götürülmüşdür. 
Belə ki, orada İsa zahir olduğu zaman şagirdlərinə dedi: “Gedin və bütün millətləri 
mənim şagirdim edin və onlara ata, oğul və Ruhul-qüdusun adından tə'mid qüslü 
verin.” Tə'mid qüslu məsihilərdən də əvvəl mövcud olmuşdur. Həzrət Yəhya 
camaata İordaniya çayında tə'mid qüslu veribmiş; buna görə də Yəhya
“Müəmməda” adı ilə məşhurlaşmışdı. Həzrət İsa da məhz onun 250


251 
vasitəsi ilə tə'mid olunmuşdur. Amma bu dində Məsihin üçlük üqnum barəsindəki 
əqidəsi istiqamətinə yönəlmişdir. Məsihilərin e'tiqadı belədir ki, tə'mid qüslu İsanın 
keçmiş günahlarından paklanmasına səbəb olub. Buna görə də onlardan bə'ziləri 
tə'mid qüslunu can verən halında yerinə yetirirlər ki, günahlardan paklaşıb ölsün. 
Körpələr barəsində də e'tiqadları budur ki, tə'mid qüslü verməklə körpəni Adəmdən 
irsiyyət vastəsilə övlada keçən günahlardan paklaşdırsın. Əlbəttə protestantların 
tə'mid barəsində belə bir əqidəsi yoxdur və onlar inanırlar ki, tə'mid müvəffəqiyyət 
vasitəsidir; çünki bu vasitə ilə məsihi şəxs özünü və övladlarını Allaha xidmət 
yolunda ciddi və rəsmi olaraq vəqf edir, Allaha olan imanını hamının hüzurunda 
aşkar edir. 
2. Qüvvəyə mindirmə:(Tənfiz) 
Məsihi fərdin tənfiz mərasimi həqiqətdə tə'mid qüslünün təkmiledicisidir. Bu 
mərasimdə məsihi fərd uşaqlıq vaxtında ona tə'mid qüslü verilərkən bağlanan əhdi-
peymanı, həzrət İsaya tabe olub məhəbbət bəsləmək və onun dininə xidmət etməklə 
əlaqədar verdiyi vədləri qüvvəyə mindirir və rəsmi şəkildə bir məsihi fərd kimi kilsə 
ardıcıllarının sırasına keçir. Bu mərasim adətən yeniyetmələrin məs'uliyyət qəbul 
etmə qüdrətinə malik olduğu yaşlarda, öz məzhəbi əqidə və imanını əqli baxımdan 
qəbul edəcəyi bir dövrdə yerinə yetirilir. Müasir dövrdə bu ayin əksərən 10-13 
yaşlarında, bə'zən də 16 yaşında icra olunur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin