SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə184/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   180   181   182   183   184   185   186   187   ...   200
Dinlərlə tanışlıq

4. Rəbbani gecə: 
Rəbbani gecə həzrət İsa (ə)-ın öz şagirdləri ilə vəfatından əvvəlki gecədə 
keçirdikləri sonuncu gecəni xatırladır. Məsihilərin əqidəsinə görə, o gecədə İsa öz 
ətinin və qanının əlaməti olaraq, çörək və şərabı şagirdlərinə verdi ki, yeyib-içsinlər 
və nəticədə onların əti və qanı Məsihin əti və qanı ilə qarışsın. Məsihilər inanırlar ki, 
rəbbani gecə mərasimində yerinə yetirilən müqəddəs şərabın içilib, çörəyin 
yeyilməsi çörəyin həzrət Məsihin ətinə və şərabın onun qanına çevrilməsinə, onların 
əti və qanı ilə qarışmasına səbəb olur. Bu mərasimdə əvvəlcə çörək və şərab keşişin 
vasitəsi ilə hazırlanır, müqəddəs kitabın bə'zi hissələrini, xüsusilə həzrət İsanın axır 
gecədə söylədiyi sözləri oxumaqla təqdis olunur, sonra ondan iştirak edənlərin hər 
birinə bir qədər verilir. 
5. Tədhin: (yağ sürtmə). 
Müqəddəs yağ sürtmə mərasimi xəstə şəxslər üçün yerinə yetirilir. Belə ki, xəstə 
insanın hər bir yerini müqəddəs yağla yağlayırlar. Məsihilərin inancına görə, bu əməl 
həzrət Məsihin xəstənin başı üzərində hazır olmasına və ona şəfa verməsinə səbəb 
olur. Həmçinin inanırlar ki, əgər xəstə şəxs bu halda ölsə, Bərzəx aləminə varid 
olmaq üçün hazırlaşır. 
Protestanların bu ayinə e'tiqadları yoxdur; onlar deyirlər ki, müqəddəs kitabda 
onun barəsində heç bir şey qeyd olunmamışdır. Amma katoliklər onu həzrət İsanın 
şəxsən öz göstərişi ilə icra olunan müqəddəs məsihi ayinlərindən biri hesab edirlər. 
6. İzdivac: 
İzdivac məsihi dinində ilahi və müqəddəs bir iş sayılır. Məsihilər onu dünyəvi bir 
iş hesab etmirlər; onların əqidəsinə görə, izdivac Allahın bəşəriyyətə olan məhəbbət 
nişanəsidir. Ər-arvad izdivac etməklə bir-birinə qovuşur və söz verirlər ki, ölüm 
anlarına kimi bir-birinin yanında qalsınlar, həmkarlıq edərək məhəbbət və 
əmanətdarlıqla həyat sürsünlər və övlad tərbiyə etsinlər. İzdivac məsihiliyin 
müqəddəs bir işi və yeddi müqəddəs ayindən biri olduğuna görə əqd mərasimi 
həmişə kilsədə və keşişin vasitəsilə yerinə yetirilir. 
7. Vürud ayini: 
Məsihilərin müqəddəs ayinlərinin sonuncusu ruhanilərin və kilsə xidmətçilərin 
cərgəsinə qoşulmaq istəyən şəxslərlə əlaqədardır. Bu cərgəyə daxil olmaq üçün


253 
müəyyən qayda-qanunlar və mərasimlər mövcuddur. Dini təhsildən əlavə, kilsədə 
əməli təcrübə kəsb edib imtahanlar verdikdən sonra müəyyən iltizamları yerinə 
yetirmək vacibdir ki, özünü kilsə üçün vəqf etmək, dinə xidmət etmək onların ən 
mühümüdür. Buna görə də bu məqama nail olmaq istəyən şəxs dünya işlərindən, 
xüsusilə izdivacdan çəkinməyə iltizam verir ki, ömrünün axırına qədər subay qalsın, 
bütün ömrünü dinə xidmət etməyə vəqf etsin. 
Protestanlar bu ayini də qəbul etmirlər, keşişlərin və kilsə xadimlərinin 
evlənməsini qanuni bir iş hesab edirlər. Son zamanlar katolik kilsələri də keşişlərə 
izdivac icazəsi vermişdir. 
SUALLAR 
1. Məsihilərin kilsədə icra etdikləri ibadətlər hansılardır? 
2. Tə'mid qüslu nədir? 
3. Tənfiz ayini hansı məqsədlə təşkil olunur? 
4. Məsihilər günahların bağışlanması üçün nə edirlər? 
5. Rəbbani gecə mərasimi necə təşkil olunur? 
6. Hansı əqidə əsasında yağlama mərasimi baş verir? 
7. Məsihilərin ruhanilər cərgəsinə keçmək üçün hansı ayinləri vardır?


254 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin