SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə189/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   185   186   187   188   189   190   191   192   ...   200
Dinlərlə tanışlıq

SUALLAR 
1. Qədim və yeni əhd-peyman arasında olan fərq nədir? 
2. Dördlük təşkil edən İncillərin bir-birilə nə kimi fərqləri vardır? 
3. Hansı kitabda İsa Allahın oğlu kimi təqdim edilmişdir? 


259 
ƏLLİ DÖRDÜNCÜ DƏRS 
RAHİBLİK (TƏRKİ DÜNYALIQ) 
MÜQƏDDİMƏ 
Məsihilik nöqteyi-nəzərində rahiblik tərki-dünyalıq, ibadət və dini işlərlə məşğul 
olmaq məqsədi ilə gündəlik və adi işlərdən əl çəkməkdən ibarətdir. Məsihi 
rahibliyinin mənşəyini həzrət İsanın tamamilə ruhani həyat seçərək, cəmiyyətdən və 
maddi həyatdan ayrı bir həyata meyl göstərməsində axtarmaq lazımdır. Həzrət 
Məsihin ömrünün axırına qədər subay yaşaması, onun da ardınca rəsul Pulsun subay 
həyat tərzi keçirməsi, subaylıq həyatının rəvac verilməsi, digər tərəfdən isə həzrət 
Məsihdən «Mənim şagirdlərim ata-anadan, bacı-qardaşdan, arvad-uşaqdan, hətta öz 
canlarından belə əl çəkməlidir.» sözlərinin nəql olunması və nəhayət ilahi 
padşahlığın, yaxud asimani məlakutun təşkil olunması yolunda olan şövq və rəğbət 
məsihi tə'limləri arasında belə bir əndişənin yaranmasına səbəb olmuşdur; bu 
məqsədlə həzrət İsanın ardıcıllarının bir çoxu maddi həyatdan üz çevirir, bütün 
dünyəvi asılılıqlardan və məhəbbətlərdən üz döndərməklə rahiblik həyat şəraitini 
seçir, ibadət, zikr, təfəkkür və bu kimi digər işlər görməklə müqəddəsliyin, təqvanın 
yüksək dərəcələrinə nail olmaq üçün, eləcə də asimani mələkuta xidmət etmək üçün 
ləyaqət tapmağa çalışırlar. 
TARİXÇƏSİ 
İrfan və sufiliyə meyllər məsihi dininin yaranmasından əvvəl də mövcud 
olmuşdur. Bunun ən bariz nümunəsi “Esiniyun” adlanan yəhudi xirqəsidir ki, xüsusi 
mülkiyyəti və sərvət yığmağı inkar edir, çöllərdə və səhralarda yoxsulluq içərisində 
yaşayır, ibadət və namaz qılmaqla məşğul olurdular. Bu zahidanə həyat tərzi məsihi 
aləminə də sirayət etdi və yuxarıda qeyd olunan məsihi ünsürləri rahibliyə meyl 
göstərməkdə ondan kəskin şəkildə tə'sirləndilər. 
Alimlərin əksəriyyəti bu fikirdədirlər ki, məsihi dinindəki rahiblik Antoni (yaxud 
Antoniyus, 251-356-cı miladi ili) vasitəsi ilə Misirdə başlamışdır. O, 20 yaşında öz 
var-dövlətinin hamısını fəqirlərin arasında bölüşdürmüş, ucqar nöqtədə yerləşən bir 
mağaraya gedərək vaxtını ibadət və təfəkkürlə keçirmişdi. Onun tərkidünyalıq və 
müqəddəslik şöhrəti digər şəxslərin də onun ətrafına yığılmasına və nəticədə ona 
tabe olaraq, səhralıqlarda yaşamasına, ibadət, zikr, dua ilə məşğul olmalarına səbəb 
olmuşdu. Antoni ona məftun olan bu ardıcıllara təşkilatçılıq etdi; onlar üçün dini 
həyat qanunları müəyyənləşdirdi, sadə yaşamaq, maddi və dünyəvi məhəbbətlərə 
e'tinasızlıq prinsipini öyrətdi. Beləliklə, məsihi rahiblərindən ilk


260 
qurupu vücuda gəldi. Onlar məsihi alimləri, yaxud məsihi sufiləri adı ilə də 
tanınmışdılar. 
Bu zamandan etibarən rahiblik yeni bir hərəkat və cərəyan kimi məsihi aləmində 
sür'ətlə inkişaf etdi; məsihilərdən çoxu bu həyat tərzinə üz tutdular. Bunun ardınca 
kütləvi şəkildə mə'nəvi həyat üçün - ruhani rahiblər üçün sovməə tikilişi geniş 
şəkildə yayılmağa başladı. 
Antonin öz ardıcılları arasında inzibati qayda-qanunlar bərqərar etməsinə 
baxmayaraq, onların yaşayışı fərdi xarakter daşıyırdı. Onun yaratdığı hərəkatdan az 
bir vaxt sonra Paximiyus (290-346-cı miladi) Misirdə yerləşən Tabonda 9 sovməə 
tikməklə rahibləri qurup şəklində yaşayan bir həyata qaytarmaq istədi. Onun rahiblik 
üsul-idarəsi təqva və müqəddəslik əldə etmək üçün mütəşəkkil bir həyat qurmaq 
qərarına gəldi. Paximiyusun yaratdığı qayda-qanunlar və sistemdən ibarət olan bu 
yaşayış tərzi bundan sonra rahiblik qayda-qanunlarına yüksək tə'sir qoydu və daha 
sonra sövmiyələrin sayı məsihi ərazilərinin şərq hissələrində sür'ətlə yayılmağa 
başladı. Sövmiyələrdə Paximiyusun qayda-qanunları altında yaşayan rahiblər öz alın 
təri və zəhmətləri ilə bir tikə çörək qazana biləcək müxtəsər işlə məşğul olurdular. 
Paximiyusdan sonra Bazil (330-379-cu miladi) Qeysəriyyə şəhərinin yepiskopu 
(hal-hazırda da onun adı şərq ortodoks kilsələrində izzət və ehtiramla yad edilir) 
sövmiyə rahiblərinə çox ehtiram göstərdi və onlar üçün müəyyən qayda-qanunlar 
nəzərə aldı ki, hələ də ona ortodoks məsihiləri arasında əməl olunur. Bazil çalışırdı 
ki, rahiblərin kütləvi şəkildə yaşamaları üçün ictimai maraq yaratsın. Buna görə də 
çalışırdı ki, rahiblər işləsin, yaxşı əməllərlə məşğul olsun və həmin halda dua və 
müqəddəs kitabı oxuyub, dünyəvi məsələlərə e'tinasızlığı davam etdirsinlər ki, bu 
yolla da rahiblik öz ictimai mövqeyini artırsın. Bazil bu qayda-qanunlarla rahibliyə 
yeni rövnəq bəxş edə bildi və onun ictimai mövqeyini yüksəltdi. Bundan əlavə, onun 
gördüyü tədbirlər sayəsində rahiblərin sövmiyələri həmin nahiyələrdəki 
yepiskopların qüdrət və nüfuzu altına keçdi. Məhz bu dövrlərdə rahiblər Allahın 
məhəbbətini cəlb etmək, niyyətlərini xalisləşdirmək, ləyaqət və müqəddəslik əldə 
etmək üçün öz vaxtlarını ictimai xidmətlərə, fəqirlərə, yoxsullara və yetimlərə əl 
tutmağa sərf edir və öz zəhmətləri ilə əldə etdikləri azacıq ruzi ilə sadə həyat tərzi 
keçirirdilər. Onlar şərab içməyi, qeyri-dini kitabları oxumağı da özlərinə haram 
etmişdilər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin