SeyiD ƏHMƏd mahmudi /j


TOTEMİZMİN ƏSAS PRİNSİPLƏRİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə19/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   15   16   17   18   19   20   21   22   ...   200
Dinlərlə tanışlıq

TOTEMİZMİN ƏSAS PRİNSİPLƏRİ 
Totemizmin əsas prinsipləri aşağıdakılardır: 
Totem; mana; tabu. 
a) Totem: 
Mə'lum olduğu kimi, totem müqəddəs bir varlıqdır ki, camış, qartal, tutuquşu, 
kenquru, qırğı və ağac qurdu kimi heyvan, çay kolu kimi bitki, nadir hallarda yağış 
və hər hansı predmetlərdən biri ola bilər; yerli əhali bu kimi varlıqları özlərinin ulu 
babası hesab edərək onu müqəddəs sanmış və onlara pərəstiş etmişlər. Məsələn, 
qartalı özünə totem seçən hər bir qəbilə qartalın bütün növlərini müqəddəs sayaraq 
sitayiş edirdilər. 


32 
Totem qəbilə üzvlərinin milli simvolu, tayfa nişanəsi, bayraq və gerb surətində 
olmuş, qəbilə üzvlərinin bir-birinə bağlılıq və birlik amili sayılmışdır. Bu simvollar 
müxtəlif qəbilələri bir-birindən ayırmaqda seçilməkdə yeganə amil hesab olunur. 
Hər bir qəbilə üzvü adətən toteminin heykəlini və ya şəklini evinin qapısında yaxud 
meydanlarda həkk etdirir, öz bədəninin müxtəlif nahiyəsinə dərinin üzərinə 
döydürür, bə'zi vaxtlarda hətta ölən şəxslərin cənazəsi üzərində də çəkirdilər. Qəbilə 
üzvlərindən bə'ziləri çalışırlar ki, öz zahiri quruluşlarını da totemin şəklinə salsın. 
Misal üçün qəbilənin totemi quş olarsa, onlar öz başlarına, sinələrinə və bədənlərinə 
o quşun lələklərini yapışdırırdılar; totemi buynuzlu heyvanlardan olan qəbilə üzvləri 
isə ona tabe olaraq öz başlarına buynuz vururdular. 
b) Mana: (Mana) 
Mana qeyri-müəyyən və mistik həyat qüvvəsi ilə hər yerdə pərakəndə vəziyyətdə 
dolaşan, canlı və ya cansız, müqəddəs və qeyri-müqəddəsliyindən asılı olmayaraq, 
məxluqat arasında mövcud olan əfsanəvi bir varlıqdır. 
“Mana” kəlməsinin kökü şimali-şərqi Avstraliyanın Malineziya adalarında 
yaşayan xalqların dilindən götürülmüşdür. Manaya etiqad bəsləmək dünyanın bir 
çox nöqtələrində yaşayan xalqlar arasında müşahidə olunduğundan, sosioloqlar 
“mana” kəlməsini mistik qüvvənin varlığından başa düşülən elmi ifadə kimi 
işlədirlər. Hər bir yerdə mana ilə əlaqədar xüsusi qayda-qanunlar və adət-ən'ənələr 
mövcud olmasına baxmayaraq, bu əqidənin ardıcıllarının hamısı müştərək 
fikirdədirlər; onların inancına görə hər bir varlıqda namə'lum və mistik bir qüdrət 
vardır ki, qeyri-təbiidir, onun fəaliyyətləri mananın təbii həyat qüvvəsinin 
fövqündədir, müəyyən şəxslərin vasitəsilə, yaxud diri və hərəkətdə olan şeylərin 
vücudunda zahir olur. Onun belə bir xüsusiyyəti vardır ki, cansız əşyalardan 
canlılara, bir şəxsdən başqa bir şəxsə və ya müəyyən şəxslərdən cansız əşyalara keçə 
bilir. 
Səhra və çöllərdə yaşayan qəbilələr çox qüdrətli nəzərə çarpan hər bir şəxs, yaxud 
heyvan qarşısında özlərinin acizliklərini hiss etdikləri üçün onların mana qüvvəsinə 
malik olduğunu zənn etmişlər. Buna görə də bu qüvvənin qarşısında özlərini 
qorumaq, gündəlik fəaliyyətlərində ondan kömək istəmək, yaxud öz fiziki 
qüvvələrini artırmaq üçün ona müqəddəs bir varlıq kimi yanaşmış və onlara 
sitayişolunma dərəcəsinə qədər xüsusi diqqət yetirmişlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin