ORTODOKS (ORTHODOX) Şərq kilsələrinin məsihiləri qərb kilsələrinin müqabilində özlərini ortodoks
adlandırırlar. Bu ifada düzgün və xalis əqidə mə'nasını daşıyır. Ortodoks kəlməsi
düzgün və səhih mə'nasında olan «orthos» və əqidə mə'nasına olan «doxa»
kəlmələrindən əmələ gəlmişdir.
Ortodoks və katolik məzhəbləri arasında əsas ixtilaflardan biri Ruhul-qudus ilə
əlaqədar olan məsələdir. Ortodokslar Ruhul-qudusun tam mə'nada ata Allahdan
əmələ gəldiyini deyirlər. Halbuki katoliklərin inancına görə, Ruhul-qudus oğul
Allahdan da yarana bilər. Bu ixtilaf daha böyük bir ixtilafın yaranmasına səbəb
olmuşdur ki, bu da ata Allah barəsində yaranan nəzərlə əlaqədardır; bu iki firqə
arasında vücuda gəlmişdir, ortodokslar müqəddəs atanı müqəddəs oğuldan üstün
hesab edərək, onu bütün işlərin mənşəyi hesab edirlər. Katoliklər isə müqəddəs ata
ilə müqəddəs oğulun bərabərliyinə tə'kid edirlər. Buna əsasən müqəddəs üçlük yaxud
üç üqnum barəsində olan bəhs, eləcə də bu üçünün bir-birilə necə əlaqədə olması
(ata, oğul və Ruhul-qudus) bu iki məzhəb arasında digər əsaslı bir ixtilafın
yaranmasına səbəb olmuşdur. Demək olar ki, müqəddəs atanın yerdə qalan iki
üqnumdan üstün olmasını təfsir edən ortodoks əqidəsi tövhidə, üç üqnumun bir-
birilə bərabər olmasına tə'kid edən katoliklərdən daha yaxındır; bunlar üçlüklə yanaşı
vəhdətə də inanırlar.
Bu iki məzhəb arasında yaranan mühüm ixtilaflardan biri də kilsə və kilsə
məqamlarının günahsızlığı barəsində idi. Katoliklər papanın və kilsənin ruhani
məqamlarının ismətinə, günahsızlığına e'tiqad bəslədikləri və onları xətadan uzaq
bildikləri halda, ortodokslar papa və kilsə məqamlarının günahsız olduğunu rədd
etməklə yanaşı, həqiqətdə məsihi mö'minlərinin ümumi məcmuəsində külli halda
kilsənin günahsızlığına inanmır və kilsəni xətadan uzaq hesab etmirlər.
Dini qayda-qanunlar və onların necə təşkil olunması barədə bu iki məzhəb arasında
fərqlər, ixtilaflar gözə dəyir. O cümlədən, ortodoks kilsələri ibadət mərasimlərinin
yerli dillərdə icra olunmasını caiz bilir, halbuki katolik kilsələri onun yalnız latın
dilində olmasını israr edirlər. Ortodokslar keşişlərin evlənməsini caiz bilirlər,
halbuki katoliklər bunu qadağan edib inanırlar ki, keşiş ruhani ata adı ilə dünyəvi
işlərə meyl etməkdən uzaq qalmalı və özünü kilsəyə vəqf etməlidir.
Kilsə məqamlarının mərtəbələri ortodoksların nəzərində aşağıdakılardır:
Oskof (yepiskop) yaxud patriyark (xəlifə), keşiş, şəmmas (kilsə xadimi). Amma
katolik kilsələrində yeddi rütbə mövcuddur: Ali rütbədən ibarət olan üç mərhələdə
keşiş, şəmmas və şəmmasın müavini, aşağı dörd mərtəbədə isə qapıçı, qari, kilsə
xadimi, şər və çirkin ruhların qovulmasını öhdəsinə alan şəxs.
Hal-hazırda Şərqi Avropanın ortodoks kilsələrinin əksəriyyəti Balkan hövzəsində
və Rusiyada yerləşir, Qərbi Avropa isə katolik və protestan kilsələri arasında
bölünmüşdür.
266
SUALLAR 1. Məsihi dünyasında müxtlif məzhəblərin yaranmasının amilləri nədir?
2. Qibti məsihiləri kimlər idi?
3. 11-ci əsrdə məsihi dünyasında hansı ixtilaflar büruzə gəldi?
4. Dini islahat hərəkatı necə yarandı?
5. Ortodoks nə deməkdir?
6. Ortodoks məzhəbinin ən mühüm əqidələri hansılardır?