268
çalmağa nail oldu. O dövrdən renosans hərəkatına qədər Roma kilsəsi məsihiyyət
aləminin bütün ictimai işlərinə tam nəzarət edir. Amma renesans dövründən sonra
Romanın mərkəzi kilsəsi
Vatikanda sadəcə olaraq, katolik məsihilərinin dini-ruhani
mərkəzi ünvanı ilə rolunu ifa etməyə başladı; ümumiyyətlə ictimai-siyasi işlərə
müdaxilə etməkdən əl çəkdi. Özünü sair məsihi məzhəblərindən ayıran
katolik
məzhəbinin ən mühüm əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:
İlahi işlərdə müqəddəs ata və müqəddəs oğulun bərabərliyi, papanın və
yepiskopların hər növ günahdan uzaq olmaları və kilsənin yeddilik təşkil edən
qayda-qanunlarına riaəyət etmək.
Dostları ilə paylaş: