5. KƏVİKİRLƏR
Bu firqə islahatçılıq ideyalarını irəli sürən dəstələrin ən ifratçısı hesab olunur. Bu,
İngiltərədə formalaşmış Corc Paks (1624-1691) ardıcıllarının ayini idi. Corc Paks
iddia edirdi ki, o ilham olunmaq yolu ilə yəqinə çatmışdır. Onun əqidəsinə görə,
İsanın dini bir sıra kəlami üsullar və quru e'tiqadlarla İncili qəbul etməkdən ibarət
deyil, qəlbə və ruha hopmuş e'tiqaddan ibarətdir; kilsəyə getmək, rəsmi keşişin
sözlərinə qulaq asmaq, adi duaları təkrar etmək yolu ilə həqiqi iman hasil olmur.
İman insanın qəlbini və batinini nurlandırmalıdır. Həyat mənbəyi və feyz mənşəyi
olan ilahi kəlmə müqəddəs kitabın səhifələri ilə hüdudlanmır; onun mənşəyi Allahdır
və birbaşa mö'min şəxsin batininə daxil olur; Allah, istədiyi şəxslərin qəlbini Öz
kəlməsinin məhəlli qərar verir. Paksın əqidəsinə görə, ruhaninin, yaxud keşişin
olmasına heç bir vəchlə ehtiyac yoxdur. Çünki, Allah hər kəsi iradə etsə, heç bir
vasitə olmadan onunla danışacaq, qadın və kişi olmasından asılı olmayaraq, hər bir
şəxs ilahi kəlamı eşidə bilər. Paks inanırdı ki, Allah qarşısında müti olan e'tiqadlı və
mö'min şəxslərin hamısı bir-birilə dost və bərabərdirlər. Onun əqidəsinə görə, məsihi
dostlar hansı məclisdə olsalar, yeddi ayinin heç birinə riayət etməyə məcbur
deyildirlər; müqəddəsləri və peyğəmbərləri təqdis edib onlara hörmət göstərmək bir
növ bütpərəstlik hesab olunur. O, xitabə və moizə etmək əvəzinə, sakit oturub
təfəkkür etmək və öz nəfsindən hesab-kitab çəkməyi tövsiyə edirdi.
6. PİTİSTLƏR
Pitizm, yaxud “zöhd və pəhrizkarlıq” firqəsi 17-ci əsrdə Almaniyanın islahatçı
dindarları arasında meydana gəlmişdir. Bu firqənin ardıcılları inanırdılar ki, hər bir
insan həqiqi mənada məsihi olmaq üçün yenidən doğulmalıdır. Buna görə də həzrət
İsadan yeni həyat və təzə ömür hasil olmalıdır ki, günah vadisində ölən və Allahın
nəzərində yollarını azaraq əbədi əzaba məhkum olan insanların hamısı yenidən
dirilib yeni həyata qayıtsınlar. İnsanlar bu həyatı əldə etmək üçün ilahi əhdə nail
olmalı, günah zəncirlərindən qurtarmalı və qəlbləri Allaha qovuşmalıdır. Bu iş o vaxt
müyəssər ola bilər ki, insanlar zöhd və pərhizkarlıq yoluna qədəm qoysunlar.
Bu firqənin ardıcılları qeyd olunan hədəfə çatmaq üçün çox ciddi əxlaqi üsullara
əl atıb riyazət, təharət, təqva və kamil müqəddəsliklə məşğul oldular; bu yolla da
274
kilsənin adi qayda-qanunlarından, dini mərasimlərindən və eləcə də kəlam və əqidə
qanunlarından uzaqlaşdılar.
SUALLAR
1. Kalunin Luterlə olan fikir ayrılıqları nədən ibarətdir?
2. Anabapetistlər kimlər idi?
3. Paklanmaq istəyənlərin əqidəsi necə idi?
4. Nə üçün Kevikerlər islahatçı dini firqələr arasında ən ifratçı cərəyan kimi
tanınırlar?
5. Paklaşmaq istəyən quruplarla Petistlər arasında olan fərq nədədir?
|