SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə199/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   192   193   194   195   196   197   198   199   200
Dinlərlə tanışlıq

NURMUNLAR 
Nurmun kilsələri adı ilə məşhurlaşan son dövrlərin qibti məsihi kilsələri 1830-cu 
ildə Jozef İsmit Cunivur (1805-1844) tərəfindən yaradılmışdır. İlk əvvəldə yalnız 6 
nəfər ardıcılı olan bu firqənin hal-hazırda Amerikada 3 milyondan artıq üzvü vardır. 
Bu firqənin başçısı olan Cuniver 1820-ci ildə iddia edirdi ki, ona bir sıra ilhamlar 
olunmuşdur və o, Allahla və İsa Məsihlə görüşmüşdür. Bu sözlərdən sonra o, ilahi 
hidayətdən bəhrələnmək üçün meşələrə çəkilmişdi. Orada səmavi varlıqlar ona 
demişlər ki, bütün kilsələr Allahın nəzərində çirkin və bəyənilməz bir yerdir; Allah 
yer üzündə İncilin yeniləşdirilməsi tapşırığını ona verəcəkdir. Sonrakı mükaşifədə 
Murini adlı mələk ona yol göstərdi ki, iki daş üzərində və qızılı səhifələrdə yazılan 
kitabı kəşf edə bilsin. Tərəfdarlarının iddia etdiyinə görə o, 1823-cü ildə Nyu-York 
yaxınlığındakı təpədə yerləşən mağarının içində bu kitabı kəşf etmişdir. 
Murmunların inancına görə, bu kitab təqribən 1500 il bundan əvvəl qədim Amerika 
sakinlərinə oxunan həqiqi İncildir. 
Murmun kitabı müqəddəs kitabdan əlavə, əqidələr və peymanlar, dəyərli mirvarid 
kimi iki kitaba da şamildir ki, murmunlar kilsəsinin əsas e'tiqad və tə'limləri orada 
yerləşdirilib və o bu firqənin müqəddəs kitabı kimi tanınıb. 
Murmunların əqidəsinə uyğun olaraq, Rəbblərdən bir qurupu dünyaya nəzarət 
etməyi öhdələrinə alıblar. Bu Rəbblər müəyyən dövrlərdə torpaqdan ibarət olan göy 
cismlərdə yaşayan adi fərdlər olmuşlar. Onlar özlərini ruhi cəhətdən paklaşdırmış 
ilahlar idi ki, hələ də təkamül mərhələsini qət etməkdədirlər. Amma müxtəlif 
aləmlərin Rəbbləri arasında yalnız bu dünyanın Rəbbi pərəstişə layiq görülür. Bu 
dünyanın Rəbbi üç müxtəlif şəxsdə təcəlli etmişdir: 
Ata, oğul və Ruhul-qudus. Bunların hər biri digərlərinə nisbətən müstəqildir
cöhvər baxımından da vahid deyildirlər. Murmunlar inanırlar ki, ata və oğul qanı 
olmayan sümük və ətdən təşkil olunan bədənə malikdir, lakin Ruhul-qudus ruh 
cinsindəndir. 
Murmunlar məsihiyyətin dini qayda-qanunları arasında yalnız rəbbani gecəni dini 
müqəddəs şüarlar kimi qəbul edir və hər bazar günü onu təşkil edirlər. Amma tə'mid 
qüslü və izdivac mərasimini dini hökmlər sırasında qəbul etmirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin