SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə200/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   192   193   194   195   196   197   198   199   200
Dinlərlə tanışlıq

YƏHÜVƏH (ŞAHİDLƏR) 
Bu firqə Çarliz Taze Rasselin tərəfindən 1370-ci ildə müqəddəs kitabın 
tələbələrinin beynəlxalq toplantısı adı ilə Amerikada təşkil olunmuşdur. 1931-ci


277 
ildən e'tibarən Yəhüvəhin (Yeqovanın) şahidləri adı ilə tanınmışdır. Rassel həzrət 
İsanın zühurunun çox yaxın vaxtlarda olacağına inanırdı. 
Müqəddəs kitabın sözlərinə çox tə'kid edən Yəhüvəh şahidləri müqəddəs kitabın 
ilham və vəhy əsasında olan gələcək xəbərlərini və sair mətləblərə xüsusi diqqət 
yetirir, dünyanın axırında yaxşı və pis qüvvələr arasında baş verəcək son 
mübarizənin çox yaxın olduğuna göz dikmişlər. Həzrət Məsihin tərəfdarları ilə bu 
firqənin e'tiqadına görə bütün dünyanın nəzarətini öz əllərinə keçirən şeytani 
qüvvələr arasında son müharibə baş verəcəkdir. Həzrət İsanın qələbəsi bir növ dini 
hökuməti dünyaya hakim edəcəkdir ki, şəxsən həzrət Məsih bu hökumətin hakimi 
olacaqdır. Bu firqənin ardıcılları inanırlar ki, həzrət Məsihin yenidən zühur etdiyi 
vaxta qədər insanın nicat tapıb qurtuluşa nail olması elm və mə'rifət yolu ilə əldə 
olunur və həqiqət müqəddəs kitabda və dini ədəbiyyatlarda gəlmişdir. Həmçinin bu 
firqənin nəzərində həzrət İsanın yenidən zühuruna qədər kilsə hökumətləri və 
ticarətin nəzarəti şeytanın əli ilə olacaqdır. 
MUNİZM 
İttihad kilsəsi adlanan bu firqə Songmyung tərəfindən yaradılmışdır. O, 1926-cı 
ildə iddia etmişdir ki, mükaşifə aləmində həzrət İsa ilə görüşmüşdür; həzrət ona 
göstəriş vermişdir ki, o, sona çatmamış işi təkmilləşdirmək və dünyanı xilas etmək 
üçün seçilmişdir. Songmyung bu mükaşifədə anlamışdı ki, həzrət İsa Məsih 
insanların xilası üçün öhdəsinə aldığı vəzifəni təkmilləşdirmədən öncə dara 
çəkilmişdir. Buna görə də iyirminci əsrdə başqa bir Məsih Koreyadan zühur 
edəcəkdir. O, bu məqsədlə 1944-cü ildə bir neçə nəfəri öz ətrafına toplayıb, özünə 
vəhy olunduğunu iddia etdiyi şeyləri onlara öyrətdi. 
Monun əqidə və tə'limləri onun yazdığı «İlahi əsas» kitabında şərh olunmuşdur. 
Onun ardıcıllarının inancına görə, bu kitab müqəddəs kitabın mətləblərindəki sirləri 
bəyan edir. Bu kitabda Allahın, bəşəriyyətin bünövrəsini yenidən qurub tə'mir etmək 
planı izah olunur. 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Yəsui firqəsi necə bir təşkilata malik idi? 
2. Yəsui firqəsinin ruhani qaydaları necədir? 
3. Yəhuvəh şahidlərinin nəzərində həzrət İsanın yenidən zühur etməsindən qabaq 
mö'minlərin vəzifəsi nədir? 
4. Yəhuvəh şahidləri dünyanın axırı haqda necə fikirləşirlər? 
5. Munizm firqəsinin e'tiqadları hansılardır? 
Mormunların əqidəsini bəyan edin. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin