SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə23/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   19   20   21   22   23   24   25   26   ...   200
Dinlərlə tanışlıq

1. MÜQƏDDƏS BİR ƏŞYA 
İbtidai icma və qəbilələrlə əlaqədar aparılan ilkin araşdırmalar göstərir ki, onların 
özəl bir məkan, yaxud müəyyən bir əşya barədə xüsusi əqidə, məramları olmuş və 
bu kimi münasibətlər tədricən müqəddəsləşdirilərərək xüsusi ehtirama layiq 
olmuşdur. Bu ehtiram hissi onlara qarşı ehtiyatlı rəftar və müdafiə, digər adi şəxs və 
əşyalara münasibətdən təmamilə fərqli şəkildə təzahür etmişdir . Güman etmək olar 
ki, bu cür müqəddəslik və ehtiramın kökündə müqəddəs şeylərin fövqəl-təbii 
qüvvəyə malik olması, xeyir və yaxşılıq, yaxud şər və pislik mənşəyi ola bilmələrinə 
dair e'tiqad dayanır. Nəticədə, bu əşyaların hörmətini saxlamaq iki şeyə görə ola 
bilərdi: ya onların şərr və qəzəblərindən amanda qalmaq, yaxud da onların xeyir-
bərəkət və mərhəmətlərindən bəhrələnmək. 
2. MANAYA E'TİQAD 
Bütün ibtidai qəbilələr müəyyən mə'nada qeybi və mə'nəvi qüvvəyə, bu qüvvənin 
bütün əşyalarda olduğuna və hər bir yerdə tapıla biləcəyinə, fövqəladə


37 
həyati tə'sirlərinə inanırdılar. İbtidai insanlar bütün işlərində bu fövqəl-təbii 
qüvvədən kömək diləyirdilər. 
3. SEHR VƏ CADU 
İbtidai cəmiyyətlərdə yaşayan insanlar baş verən hadisələrin düzgün və real 
qavrama, məntiqi təhlil imkanına malik olmadıqlarından, ətraflarında cərəyan edən 
prosesləri anlamaqda aciz qaldıqlarından özlərini xatircəm etmək, işlərin axarını 
xəyali olaraq öz xeyirlərinə yönəltmək üçün bir sıra xurafatçı işlərə, o cümlədən 
cadugərlik və sehrkarlığa əl atırdılar. 
Əlbəttə unutmaq olmaz ki, sehr və caduya müraciət əslində onların fövqəl- təbii 
qüvvələrə e'tiqad bəsləməsinin, öz ətraflarında baş verən hadisələrdə onların 
müəyyən tə'sirlərinə inandıqlarının in'ikası idi. Başqa sözlə desək, sehr və cadu 
müqəddəs ruhlar və mana ilə əlaqə yaratmaqla əzazil ruhların şərrinin dəf 
edilməsində, o ruhların onlara hakim kəsilməsinin qarşısını almaqda, bu müqəddəs 
ruhlardan düşmənlərə qalib gəlib onları məğlub etməkdə, eləcə də əleyhdarlarının 
sehr və cadularının xoşagəlməz tə'sirlərini neytrallaşdırmaqda istifadə üçün bir vasitə 
idi. Sehr və caduya qarşı dərin inam hissi cadugərlik və sehrbazlığın geniş 
yayılmasına və bu təbəqənin cəmiyyətdə mühüm mövqeyə çıxmalarına səbəb olurdu. 
Cəmiyyətdə sehrkar və cadugərlər iki dəstəyə bölünürdü: onlardan bir qrupunun 
fəaliyyəti camaatın xeyrinə və sosial vəziyyətlərini yaxşılaşdırmağa xidmət edirdi. 
Sehrkar həkimlər də belələrindəndir. Onlar xüsusi ictimai mövqeyə malik idilər və 
öz sehr, caduları ilə xəstələrə şəfa verməyə çalışırdılar. Bu cadugərlər xəstəliyi xəbis 
və şər ruhların bə'zi bəd əməllərinin mənfi tə'sirləri kimi qələmə verirdilər. Falçılar, 
gələcəkdən xəbər verənlər, tilsim işləri ilə məşğul olanlar və s. həmin dəstədən hesab 
olunurdular. Digər bir dəstə isə sehr, cadu ilə camaata zərər yetirən cadugərlər idi və 
onların işi ölüm, xəstəlik, çətinlik, quraqlıq və s. problemlər yaratmaqdan ibarət idi. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin