SeyiD ƏHMƏd mahmudi /j


İNSAN, TƏBİƏT VƏ VARLIQ RUHUNUN VƏHDƏTİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə27/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   23   24   25   26   27   28   29   30   ...   200
Dinlərlə tanışlıq

10. İNSAN, TƏBİƏT VƏ VARLIQ RUHUNUN VƏHDƏTİ 
Bütün ibtidai dinlərdə insanla təbiət arasında qarşılıqlı əlaqə və bağlılıq müşahidə 
olunur. Sanki, insanla təbiət arasında müəyyən bir “qohumluq” əlaqələri mövcuddur. 
İbtidai insan əslində özünü təbiətin ayrılmaz bir hissəsi, hətta onu özünün ata-babası 
sanır. Sonrakı mərhələdə ibtidai insan özü ilə təbiət, fövqəl-təbii varlıq aləminin 
mənşəyi olmasına inandığı qüvvə və sirli ruh arasında əlaqə qururdu. İbtidai insan 
varlıqların çoxluğunu, rəngarəngliyini təcrübədən keçirdikdən sonra bütün varlıq 
aləminin vəhdətinə və bütövlüyünə inanırdı. 
11. VARLIQ ALƏMİNİN MƏNŞƏYİNƏ QOVUŞMAQ MEYLİ 
İbtidai insanlar varlıq aləminin mənşəyi barədə, öz zehinlərindəki təsəvvür və 
mə'lumat əsasında müxtəlif vəsflər, cürbəcür adlardan istifadə edirdilər. Bununla 
belə, onların hamısı varlıq aləminin mənşəyinin əzəli, əbədi bir varlıq olması, onun 
qüdrətinin bütün sirli və qüdrətli ruhların fövqündə olması məsələsində eyni fikirdə 
olmuşlar. Bu yenilməz varlığın razılıq, diqqət və mərhəmətini cəlb etmək üçün 
ibtidai insanların əməl, rəftar və qayda-qanunları bu həqiqəti çatdırır ki, əqidələrinə 
görə, onlar yalnız əzəli bir varlıqla əlaqə yaradıb ona qovuşmaqla həqiqi səadət və 
xoşbəxtliyə nail ola bilərlər. 


41 
12. EŞQ VƏ SİTAYİŞ 
Dediyimiz kimi, ibtidai insanlar varlıq aləminin mənşəyi ilə əlaqə yaradıb ona 
qovuşmaq, bununla da onun razılıq və diqqətini cəlb etmək üçün öz mə'budlarına 
sitayiş etməyə, yaxud onların təsəvvürünə görə, onun təzahürlərinə pərəstiş etməyə 
yönəldilər. Bilmək lazımdır ki, onlar bu işin həyata keçməsi üçün özlərinin yeganə 
məhbubunun razı qaldığı hər bir şeyi yerinə yetirirdilər. Bu işlə özlərinin hörmət və 
məhəbbətlərini sübuta yetirir, bu yolla bir tərəfdən əmin-amanlıq, asudəçilik duyur, 
digər tərəfdən isə bunlardan öz həyat və təkamülləri yolunda ehtiyacları olan şeyləri 
diləyirdilər. Əslində onların kamilliyə olan meyllərinin mə'buda pərəstiş və sitayişə 
səbəb olduğunu görürük. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin