SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə28/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   24   25   26   27   28   29   30   31   ...   200
Dinlərlə tanışlıq

13. ƏBƏDİYYƏTƏ E'TİQAD 
İbtidai insanlar cismani ölümdən sonra ruhun yeni həyat qazandığına inanırdılar. 
Onların e'tiqadına görə ruhlar insanın ölümündən sonra da onların arasında yaşayır, 
insan və digər varlıqların bədəninə keçir. Bu cür ruhun digər predmetlərə keçidinə, 
tənasüxə e'tiqadın məntiqi əsaslı olmadığı sübuta yetirilsə də, hər halda belə inanclar 
ibtidai insanların ölümündən sonra varlıqların məhv olmasını qəbul edənləri və insan 
həyatının fövqündə başqa bir həyatın olmasına inandıqları reallıqdan xəbər verir. 
14. İXTİYAR VƏ SEÇKİ 
İbtidai insanların fikrincə varlığın həqiqətləri və özü, əşyalar, insanların bütün əməl 
və davranışları iki qrupa bölünür: 
1. Müqəddəs (sakrəh); 
2. Qeyri-müqəddəs (profan). 
Onların əqidəsinə görə bir nəfər qeyri-müqəddəs - profan əşya və rəftarı 
müqəddəsləşdirmək istəsəydi, prinsipcə müqəddəs olan varlıqlara pənah aparmalı 
idı. Bu varlıqlara qovuşub onlarla vəhdət təşkil etməklə qeyri-müqəddəs profanın 
müqəddəs olan sakrəhə çevrilməsinə imkan yaranırdı. Bunun əksinə olaraq bir şəxs 
müqəddəs varlıqlara hörmətsizlik etsəydi, onun ruhu murdarlanardı və həmin şəxs 
bu bəhsin beşinci bölməsində göstərilmiş paklaşma, və saflaşdırılma metodlarından 
biri ilə özünü paklamalı idi. Bu e'tiqadlar toplusundan belə nəticə çıxır ki, ibtidai 
insanlar həm özləri, həm də başqaları üçün seçki və ixtiyara yer qoymuş, öz talelərini 
əvvəlcədən tə'yin olunmuş və dəyişilməz bir təqdir hesab etməmişlər. 
SUAL VƏ TAPŞIRIQLAR 
1. İbtidai dinlər arasında mövcud olan ortaq xüsusiyyətlərə diqqət yetirməklə, 
onların vahid bünövrəyə malik olmasını necə əsaslandırmaq olar? 


42 
2. İbtidai dinlərdə sehr və cadu hansı mövqeyə malik olmuşdur? 
3. İbtidai cəmiyyətlərdə sehrkarlar nə kimi rol ifa edirdilər? 
4. İbtidai insanlar hansı səbəbə görə təbiətə sitayiş edirdilər? 
5. İbtidai insanlar hansı məqsədlə qurbanlıq kəsirdilər? 
6. İbtidai insanlar çirklənmiş ruhlarını necə paklaşdırırdılar? 
7. İbtidai dinlərdə ruhun əbədiliyinə və məada inam izləri görünürmü? 
Keçən iki dərsdən (dörd və beşinci dərslərdən) istifadə etməklə, ibtidai dinlərdə 
mövcud olan ortaq xüsusiyyətlərə dair daha çox nümunə tapın. 
İbtidai dinlərin ortaq prinsiplərini İslamın ideoloji prinsipləri ilə müqayisə edərək 
onlardan hansının İslam e'tiqadlarına uyğun gəldiyini aydınlaşdırın. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin