SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə30/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   26   27   28   29   30   31   32   33   ...   200
Dinlərlə tanışlıq

YEDDİNCİ DƏRS 
VEDA DİNİ (1) 
Veda ayini Hindistanın ən qədim tarixə malik əsas və mütəşəkkil dinlərindən biri 
hesab olunur. Belə ki, Hindistanın ən məşhur dinləri, o cümlədən brahmanizm, 
hinduizm, caynizm, buddizm və siqhizm də bu ayin əsasında formalaşmışlar. 
Əslində onlar veda dininin dəyişdirilmiş və islah olunmuş forması hesab olunurlar. 
Qeyd olunan dinlər üzrə tədqiqatlar veda ayini ilə tanışlığa əsaslanır. Buna görə də 
hal-hazırda saysız-hesabsız Hindistan əhalisinin əksəriyyətinin itaət etdiyi hinduizm 
və buddizm kimi mühüm və böyük dinləri araşdırmazdan əvvəl, onların veda 
ayinindən qaynaqlanan dəyişikliklər prosesini tədqiq etməyi lazım bildik. 
VEDA AYİNİNİN TARİXİ 
Hindistan şimal tərəfdən fələyə ucalan Himalay dağları ilə əhatə olunduğuna görə 
monqol fatehlərinin hücumlarına, ağrı-acılarına mə'ruz qalmasa da, şimal-qərb 
istiqamətdən Bəlx və ya İran tərəfdən mühacir və fatehlər üçün yol açıq idi. Bu amil 
də miladdan 1500 il əvvəl mühacir ariya tayfasının İrandan Hindistana köçməsinə 
və hal-hazırda “dəravidi” adlanan qara dərili yerli əhali arasında davamlı 
müharibələrin baş verməsinə səbəb olmuşdur. Nəticədə köçərilər Hindistan 
yarımadasının şimal hissələrini ələ keçirdilər. Onlar öz hakimiyyət dairələrini 
Vendiya sıra dağlarına, daha sonra isə Dekan məntəqəsinə qədər cənuba doğru 
genişləndirdilər. Ariyalılar Hindistanın bu ərazilərində hökmranlığı ələ aldıqdan 
sonra tədricən öz mədəniyyət, e'tiqad və təfəkkür üslublarını da yerli əhali arasında 
yaymağa başladılar. Veda ayinini həmin e'tiqadların Hindistan yarımadasına nüfuz 
edib yayılmasının nəticəsi hesab etmək lazımdır. 
Veda ayini ilk dövrlərdə xüsusi və ailə dini sayılırdı. Onun ən mühüm və ən geniş 
yayılmış dini ritualı günəş çıxanda və batarkən hər gün iki dəfə evlərdə qeyd olunan 
Aqnihutradır. 
Bu rituala uyğun olaraq ailənin başçısı gün çıxmazdan qabaq yuxudan oyanır və 
su ilə yuyunub özünü paklaşdırırdı. Daha sonra müqəddəs ifadələri təkrarlaya-
təkrarlaya xüsusi kömürlə atəş allahı adlanan “Aqni”nin adına od qalayır, üzünü şərq 
tərəfə tutaraq əllərini yenicə doğmaqda olan günəşə doğru qaldırır və məhsul və 
bərəkət tanrısı olan Savityara müraciətlə yalvarmağa başlayırdı. Onlar ailə üzvləri 
ilə birlikdə bu müqəddəs ayəni oxuyurdular: 
“ - Bizim də Savityarın əzəmət və cəlalını qazanacağımıza ümidlə. Dualarımıza 
rövnəq verməsi ümidi ilə. Hədsiz şövqlə, tam ağıl və düşüncə ilə, məişət və rifahdan 
bizə düşən payı Savityardan istəyirik.” 


50 
Bu ayin eyni şəkildə axşamlar günəş qürub edən zaman yoxsuldan tutmuş varlıya 
qədər - kahinlər, cəngavərlər və şahzadələr - bütün ariya ailələrinin evində 
keçirilmişdir. Hətta bə'zi hind tayfaları bu mərasimi sübh və axşamdan əlavə günorta 
vaxtı keçirmişlər. 
Veda ardıcıllarının əqidəsinə görə, onların müqəddəs kitabdan günəş barəsində 
oxuduqları yuxarıda qeyd olunan ayə onun xüsusi ayinini nəzərə almaqla günəş üçün 
daha artıq həyat, parlaqlıq və nur mənşəyi olmaqla yanaşı, onların özlərinə də qüvvət 
və firanvanlıq gətirir. Vedaya e'tiqad bəsləyənlərin digər mə'budları barəsində də 
buna bənzər ayələr vardır. Veda adlanan məcmuələrdə dini nəğmələr şəklində 
yazılmış bu dualar veda ayininin müqəddəs və dini kitablarının tərkib hissəsidir. 
Gördüyünüz kimi bu ayinin adı da həmin ayə və kitabların adından götürülmüşdür. 
Bu müqəddimədən sonra bu ayinin araşdırılmasında mühüm rolu olan iki prinsipi 
şərh edirik: 
1. Bu ayinin Allah və varlıq aləminin mənşəyi barəsindəki baxışları; 
2. Veda ayininin müqəddəs kitablarının xüsusiyyətləri və mühtəvası. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin