SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə31/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   27   28   29   30   31   32   33   34   ...   200
Dinlərlə tanışlıq

VEDA MƏ'BUDLARI 
Veda dininin əsası çoxallahlıq üzərində qurulub. Demək olar ki, dinin ardıcılları 
təbiətdə olan bütün varlıqların hər biri üçün ayrıca rəbb və allahın olduğuna 
inanmışlar. Bu hesabla belə allahların sayı-hesabı yoxdur. 
Veda ayinindəki çoxallahlığın xüsusiyyətlərindən biri də bə'zi allahların 
digərlərinə nisbətən müəyyən imtiyaz və üstünlüklərə malik olmasıdır. Hətta, 
müxtəlif dövrlərdə allahlardan bə'ziləri öz e'tibar və dəyərini itirmişlər. 
Çoxallahlığın digər xüsusiyyəti də budur ki, allahlardan bə'ziləri kollektiv şəkildə 
müəyyən bir təbii varlığın xüsusi rəbbi rolunu ifa edirlər. Bu ayinin daha bir 
xüsusiyyəti də təkallahlıq və tovhid e'tiqadı ilə yanaşı çoxallahlığa inamdır. 
İndi isə vedalıların Allah və varlıq aləminin mənşəyi barədə təfəkkürlərini daha 
dəqiq öyrənmək məqsədilə yuxarıda qeyd olunan üç xüsusiyyətdən hər birini ətraflı 
şəkildə izah edirik. 
1. Çoxallahlıq: 
Veda ayinində tanrıların sayı və növü o dərəcədə çoxdur ki, din tarixi ilə məşğul 
olan mütəxəssis və sosioloqların əksəriyyəti mövzunu daha yaxşı öyrənmək üçün 
onların bölgüsünü aparmışlar. Bu bölgülərin birində veda allahları əvvəlcə iki 
dəstəyə - fərdi və kollektiv hissəyə, fərdi allahlar da öz növbəsində aşağıdakı üç 
dəstəyə bölünürlər: 
1. Səmavi allahlar: Diyavs, Varuna, Mitra, Suriya və s. 
2. Səma ilə yer arasındakı bərzəxdə olan allahlar: İndra, Rudra və s. 
3. Yer allahları: Pritvi, Aqni, Soma və s. 
Kollektiv allahlar da aşağıdakı üç dəstəyə bölünürlər: 


51 
1. Adityalar; 
2. Marutlar; 
3. Vasular. 
Bu allahlardan bə'ziləri daha artıq əhəmiyyətə malikdir və aşağıda onların hər 
birinin şərhi verilir: 
1- 
1. Əmr verən allahlar - Mitra və Varuna. 
Veda ayinində ən qədim və ən uzaq keçmişə malik allahlardan biri də səmavi 
mə'bud “Diyavs”dır. O, öz həyat yoldaşı olan yer allahı “Pritvi” ilə birləşərək səma-
yer cütünü təşkil edir. Zaman keçdikcə bu mə'bud öz əhəmiyyətini itirmiş, yer və 
səma hökmdarı məqamından təkcə səmavi varlıqlara, işıqlıq, gündüz və s. kimi 
səmavi varlıqlara hakim olmaq dərəcəsinə düşmüşdür. Diyavs öz məqamını 
itirdikdən sonra “Varuna”, yaxud “Vişva-darışna” adlı (mə'nası - “hər yerdə zahir 
olan” deməkdir) digər bir mə'bud onun yerini tutmuşdur. Bu allah işləri nizam-
intizama salan, tənzimləyən və nizamlayan ilahədir. Onların əqidəsinə görə 
dünyadakı bütün qüvvələr hər bir yerdə və hər bir zamanda onun əmrlərinə tabedir, 
təbiət qanunları onun iradəsindən asılıdır. Veda ardıcılları inanırlar ki, Varuna 
dünyanı və fiziki şeyləri puç edib dağıdan mə'budlardan qoruyur, digər tərəfdən də 
insanları əxlaqi qayda-qanunlara riayətə məcbur edir. O, günahkarları faş edir və 
haqqla batil arasında mühakimə yürüdür. Onun gizli xəfiyyələri hər bir yerdə 
insanların əməl və rəftarlarına, davranışlarına nəzarət edirlər. Kimsə günah edərsə 
Varunanın qarşısında ahu-zar etməli və ondan əfv diləməlidir. 
Onların inancına görə vəfadarlıq, himayədarlıq və əhd-peyman allahı olan Mitra 
təbiət aləminin idarəçiliyində Varunanın şəriki və həmkarıdır. Varunanın malik 
olduğu fövqəladə qüvvə “maya” (sehr və cadu) adlandırılır. Varuna mayanın köməyi 
ilə öz səmavi taxtına söykənərək yeri ölçür, gündüzü işıqlandırır, günəşə nur verir. 
Axşam yaxınlaşdıqda günəşin üzünə niqab salır. O, hər bir şeydən agah, qüdrətli və 
hakimdir; heç nə ondan gizlin qalmayacaqdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin