SeyiD ƏHMƏd mahmudi /j


-2. Müharibə, tufan və yağış allahı - İndra



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə32/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   28   29   30   31   32   33   34   35   ...   200
Dinlərlə tanışlıq

1-2. Müharibə, tufan və yağış allahı - İndra. 
Veda ardıcıllarının e'tiqadına görə İndra müharibə və döyüş allahıdır. Çünki o, 
Hindistanın fəthində və bu ölkənin şimal bölgələrində məskunlaşmaqda ariyalılara 
yaxından kömək göstərmişdir. Bu mə'budun ixtiyarında ildırım kimi bir silah vardır. 
O, eyni zamanda tufan və yağış allahı da hesab olunur. Bundan əlavə sərvət, xüsusi 
ilə müharibə qənimətləri bəxş etmək, güc-qüvvət, eləcə də uzunömürlülük, səadət və 
xoşbəxtlik müjdəsini gətirən kimi də məşhurlaşmışdır. 
1-3. Od-alov allahı - Aqni. 
Aqni bu bölgüdə yer allahları sırasında olsa da, o bütün varlığı qət edən bir allahdır. 
Səmada günəşin yanında məhsuldarlıq, xeyir-bərəkət, insanlar, heyvanlar və 
torpağın mənşəyi olduğuna görə sitayiş olunur. Bu allah, eləcə də yerlə səma 
arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır 
və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Aqni yerdə də


52 
bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə 
nəzarət edir. 
Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların, 
əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları onlardan 
qoruyur. O da digər allahlar kimi veda ardıcıllarının ondan umduğu xeyir-bərəkət 
göndərir. Ondan mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömrülülük, çoxlu qəhrəman 
oğul övladları və s. ne'mətlər bəxş etməsini də diləyirlər. 
2. Kollektiv mə'budlar; 
Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər: 
1. Vasular; (ne'mət, sağlamlıq və firavanlıq bəxş edən mə'budlar). Onların sayı 
səkkiz olmaqla aşağıdakılardan ibarətdir: 
Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların e'tiqadına görə 
üzərində Aqninin yerləşdiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas 
iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii 
həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, ne'mət və firavanlıq 
allahları sayılırlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin