SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə38/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   34   35   36   37   38   39   40   41   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Veda nə deməkdir? 
2. Nə üçün vedalara “səruti” deyilir? 
3. Riqvedanın nəğmələrinə əsasən veda ayininin monoteist din olmasını isbat 
etmək olarmı? 
4. Yacurvedanın məzmunu nədir? 
5. Samhita mövzusu nədən ibarətdir? 
6. Aranyaka hansı mövzulara həsr olunub? 
7. Nə üçün upanişada vedanta deyilir? 
Veda ayininin digər ibtidai dinlərlə ortaq və fərqli cəhətlərindən bir neçəsini izah 
edin.


58 


59 
DOQQUZUNCU DƏRS 
BRAHMAN AYİNİ (1) 
VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR 
Miladdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda 
ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas 
aspektində baş vermişdi: 
Birincisi ideologiya sahəsində idi, bu ayinin ardıcılları özlərini xilas etmək və 
tanrılarının güclənməsi üçün çoxsaylı allahlara sitayişdən, onların hüzurunda 
qurbanlıq kəsməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl 
etdilər. İkinci dəyişiklik isə dinin ictimai yönümü baxımından baş verdi. Onlar bu 
ayin ardıcılları arasında sinfi quruluş formalaşdırmağa başladılar. Bu quruluşda 
brahmanlar ən yüksək ictimai mövqeyə sahib oldular. 
Bu dəyişikliklərdən sonra veda dövrünün klassik anlayışı öz yerini brahman 
ayininə verdi və bu cərəyan rəsmi olaraq öz çiçəklənmə dövrünü başladı. Brahman 
ayinində müqəddəs veda kitablarının öz əvvəlki e'tibar və dəyərini saxlamasına 
baxmayaraq, əsas me'yar brahman və upanişad kitabları idi. Buna əsasən brahman 
ayinini üç əsas istiqamətdə araşdırmalıyıq: 
1. İdeoloji dəyişikliklər; 
2. İctimai proseslər
3. Müqəddəs kitablar. 
Bu dərsdə veda ayininin ideoloji dəyişikliklərdən bəhs olunacaq, qalan iki 
istiqaməti gələn dərsdə tədqiq edəcəyik. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin