SeyiD ƏHMƏd mahmudi /j


budur ki, vedaları tədris edib öyrətsinlər. Camaatın qurbanlıqlarını tanrıların



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə47/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   43   44   45   46   47   48   49   50   ...   200
Dinlərlə tanışlıq

budur ki, vedaları tədris edib öyrətsinlər. Camaatın qurbanlıqlarını tanrıların 
dərgahına hədiyyə etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qəbul olunmaz. 
Brahmanlara bütün mə'budlar hörmət edir və buna görə də yüksək məqam 
sahibidirlər. Brahman heç bir günaha batmaz, hətta bütün insanları öldürsə belə 
cəzalandırılmayacaq. Padşahlara, hətta ehtiyacdan ölüm ayağında olsalar belə, 
brahmana vergi qoymaq qadağandır.” 
Mano qanunlarında kşatrya təbəqəsi barədə deyilir: 
“ - Yalnız bunların rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. 
Onların hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa belə, məşğul 
olmaları caiz deyildir.” 
Yaxud vişiya təbəqəsi barədə deyilir: “ - Yalnız öz təbəqələrindən özlərinə həyat 
yoldaşı seçmək onlara vacibdir. Ticarət qanunlarını, əkinçilik və bağbanlıq 
qaydalarını öyrənmək də vişiyalılara vacibdir. Onlar müxtəlif xalqların dillərindən, 
bazarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar.” 
Bu kitabda şudralər haqda belə deyilir: “ - Onlara brahmanların əmrlərini yerinə 
yetirmək vacibdir. Yalnız bu halda sonrakı həyatda daha yaxşı məqama çata 
biləcəklərinə ümidvar ola bilərlər. Onların sərvət toplamaları caiz deyildir. Çünki 
belə olan halda brahmanlar əziyyət çəkə bilərlər. Əgər şudra təbəqəsindən bir şəxs 
özünü daha yüksək təbəqədən olan fərdlə bərabər hesab edərsə sürgün edilməli və 
kürəyinə dağ basılmalıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə əl 
qaldırarsa əli kəsilməlidir; təhqir edərsə ayağı kəsilməlidir. Həyasızlığı son həddə 
çatarsa, brahmanın rə'yi ilə onun ağzına və qulağına qaynar yağ tökmək padşaha 
vacibdir.” 


69 
Göründüyü kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı 
ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı fərqin qorunub 
saxlanılmasını hər bir dindara itaəti vacib olan dini-əqidəvi və qaçılmaz bir iş hesab 
edir. Bu vəzifələrdən imtina etmək dindən çıxmaq, mürtəd olmaq, brahman və digər 
mə'budlara qarşı üsyan, sonrakı həyatında hazırkı məqamından daha alçaq 
məqamlara enməsinin səbəbi sayılır. 
Bu kitabda Mano qanunlarının düzgün olmayan tə'limlər, mənfi cəhətlər və 
ağlasığmaz hallarından əlavə, müsbət və dəyərli əxlaqi tövsiyələr də gözə çarpır. 
Əxlaqi tövsiyələrdən bə'zilərini qeyd edirik: 
Valideynə və müəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, günahı e'tiraf 
etmək, sədaqət və düzlük, çətinliklərə ruhi məşğələlər və şadlıqla dözmək və s. 
“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk 
dəfə olaraq digər müqəddəs kitablardan, onların mə'bəd və ruhaniləri barədə söhbət 
açılmasıdır. Ümumiyyətlə “Upanişadları” və “Mano qanunları”nı özü də veda 
ayininin əsasları üzərində qurulmuş brahman ayininin əsas dayaqlarından hesab 
etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dünyagörüşü şərh 
olunmuşdur. 
Hinduizmin əsası və bünövrəsi sayılan brahman ayininin hal-hazırda da Hindistan 
yarımadasında çoxsaylı ardıcılları vardır. Gələcək dərslər bu ayinin ətraflı təhlilinə 
həsr olunacaq. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin