85
ehtiyaclardan çəkinməlidirlər. Bu ayində nəfsani şəhvət və instinktlər insani
dəyərlərə zidd hal kimi qiymətləndirildiyi halda buddizmdə ən mühüm məsələ
dünyəvi ləzzətlərdə və maddi işlərdə ifratçılıqdan çəkinməkdir. Bu ayində çox çətin
asketizm də tövsiyə olunmamışdır və bunun müqabilində hər bir işdə mö'tədillik
məsləhət görülür. Yə'ni, caynizm ayininin əksinə olaraq, burada cinsi ehtiraslar
mütləq şəkildə qadağan olunmur, yalnız fahişəlik, zinakarlıq yasaqlanaraq ondan
çəkindirilir. Buddizmdəki bu liberallıq və mö'tədillik onun sür'ətlə genişlənib
inkişafına səbəb oldu. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu dini qəbul
edərək “singələrin” - Budda monastırlarının inkişafı və genişlənməsi üçün külli
miqdarda vəsaitlərini böyük həvəslə hədiyyə və nəzir kimi təqdim edirdilər.
Caynizm buddizmdən bir əsr öncə meydana gəlməsinə baxmayaraq, özünə çoxsaylı
tərəfdar toplaya bilməmişdi. Belə ki, bu gün həmin dinin ardıcıllarının sayı 12-13
milyon nəfərdən artıq deyil.
Nəhayət Budda 35 il moizədən və öz ayinini təbliğ etdikdən sonra 80 yaşında
öldü. Buddizm mənbələrində qeyd olunur ki, o, ölümündən qabaq öz ardıcıllarına
etdiyi axırıncı tövsiyəsində demişdir:
Dostları ilə paylaş: